"Neftçi"nin 2025/2026 mövsümünə hazırlıq planı müəyyənləşib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Ağ-qaralar" iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, "Neftçi" Futbol Mərkəzində keçəcək.
Təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq.
"Binkovski Hotel"də məskunlaşacaq komanda bu müddətdə 4 yoxlama görüşü keçirəcək. Oyunlar iyulun 17, 22, 27-də və avqustun 1-də baş tutacaq. Üçüncü matçda rəqib "Asteras Tripolis" (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq.
Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.