top
Neftçidə Kazbek Tuayevin yubiley qeyd etməsi Sport24.az
12 noyabr 2025, 17:15
- ↺ +

"Neftçi"də Kazbek Tuayevin yubiley qeyd etməsi

"Neftçi"nin veteran futbolçusu, sabiq baş məşqçisi Kazbek Tuayev doğum günü ərəfəsində "Palms Sports" Futbol Mərkəzində klubub qonağı olub. Sport24.az xəbər verir ki, "Neftçi" PFK-nın baş icraçı direktoru Cenk Sümer, baş məşqçi Samir Abasov və Media üzrə koordinator Rüstəm Əfsərli ilə görüşən Tuayevə 85 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim edilib.

 

Uzun illər Tuayevlə çiyin-çiyinə çalışmış mütəxəssis Böyükağa Ağayevin də iştirak etdiyi görüşdə "Neftçi"nin hazırkı durumu və gələcək planları haqda fikir mübadiləsi aparılıb. Daha sonra futbol mərkəzi ilə yaxından tanış olan yubilyar "Neftçi TV"yə geniş müsahibə verib.

 

Kazbek Tuayev həm futbolçu, həm də baş məşqçi kimi "Neftçi"nin ən yaxşılarından olub. 1940-cı il noyabrın 13-də Ələtdə dünyaya gələn Tuayev futbol oynamağa yerli "Lokomotiv" klubunda başlayıb. Daha sonra Bakı "Lokomotiv"i və Nalçik "Spartak"ında çıxış edən futbolçu 21 yaşında "Neftçi"yə keçib.

 

Qısa müddətdə əsas heyət üzvlərindən birinə çevrilən "7 nömrə" "Neftçi"nin SSRİ dönəmindəki ən böyük uğurunun əsas səbəbkarlarındandır. Təsadüfi deyil ki, "ağ-qaralar"ın bürünc medal qazandığı 1966-cı il mövsümündə məhsuldar ötürmələriylə yanaşı, komandanın bombardiri olub. Ümumilikdə, "Neftçi"nin heyətində keçirdiyi 11 mövsüm ərzində 298 oyunda meydana çıxan sağ cinah hücumçusu bir-birindən vacib 60 qola imza atıb.

 

1966-cı ildə bürünc medal qazanmış 12 futbolçudan biri olan Kazbek Tuayev "Neftçi"nin heyətində SSRİ-də "33 ən yaxşı oyunçu" siyahısına düşən ilk futbolçu olub. O, 1963-cü ildəki bu uğurunu 1966 və 1967-ci illərdə təkrarlayıb. Elə 1967-ci ildə 3 oyunda SSRİ yığmasının formasını geyinib.

 

Kazbek Tuayev baş məşqçi kimi daha böyük uğurlara imza atıb. SSRİ dönəmində Nalçik "Spartak"ını, Lənkəran "Xəzər"ini çalışdırandan sonra doğma "Neftçi"nin sükanı arxasına keçən mütəxəssis 1987-1990-cı illərdə çalışdırdığı "Club Africain" ilə Tunis çemponu olub. "Neftçi"nin baş məşqçisi kimi 3 dəfə Azərbaycan çempionluğu, 2 dəfə isə ölkə kubokunu əldə edib. Komanda məhz onun rəhbərliyi altında 1996-cı ildə UEFA Kubokunda Sofiya "Lokomotiv"ini 2:1 hesabı ilə məğlub etməklə avrokuboklarda ilk qələbəsini qazanıb, 2003/2004 mövsümündə isə Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubuna qalib gəlməklə ilk dəfə mərhələ adlayıb. Milli komandamıza rəsmi görüşlərdə ilk qələbəni də baş məşqçi kimi Tuayev qazandırıb. Millimizin 1996-cı ilin avqustunda İsveçrəni 1:0 hesabı ilə məğlub etdiyi həmin matç yaddaşlara həkk olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:08

Arda Gülər La Liga’da qol fürsətlərində liderdir, az oyunla üstünlük qazandı

Futbol
Bu gün, 09:00

Real, Tibo Kurtua’yı Bart Verbruggen ilə əvəzləmək planlaşdırır

Futbol
Bu gün, 08:40

Kriştiano Ronaldonun oğlu Kristianinyo U-17 milli komandaya dəvət olundu

Futbol
Bu gün, 08:21

Harri Keyn “Bavariya” ilə yeni müqavilənin imzalanmasının bir neçə gün içində baş verəcəyini açıqladı

Futbol
Bu gün, 08:20

"Eştoril"in 18 yaşlı müdafiəçisi Jordan Arnolinə Barcelona, Brentford və Lille maraq göstərir

Futbol
Bu gün, 08:00

Lissabon klubu Fonseka ilə müqavilənin ləğvinə görə "Lion"a 5 milyon avro təzminat ödəyəcək

Qolf
Bu gün, 06:12

Taylandda 15 yaşlı qolfçu turnir zamanı ildırım vurar vəfat etdi

Futbol
Bu gün, 05:08

“Udineze” klubu uğursuz nəticələrdən sonra baş məşqçini Kosta Runyaiçdən Paolo Dzanettiyə dəyişdi

Futbol
Bu gün, 04:21

UEFA-ın ultimatumundan sonra FIFA sənədləri Şura üzvlərinə təqdim etməyə razılaşdı

Cüdo
Bu gün, 03:17

Dakar 2026 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusunun ilk qızıl medalı Bakıdadır

Futbol
Bu gün, 03:05

“Bavariya” Çempionlar Liqasında ilk səkkizlik mərhələsinə çıxmağı hədəf qoydu

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Oxşar xəbərlər