top
“Neftçi” və “Fənərbağça”nın oxşar taleləri İdman.biz
09 noyabr 2024, 15:55
- ↺ +

“Neftçi” və “Fənərbağça”nın oxşar taleləri

"Fənərbağça"nın Avropa Liqasında "AZ Alkmaar"a məğlub olması (1:3), ertəsi gün də "Neftçi"nin hesabda iki top fərqilə irəlidə olmasına baxmayaraq, "Şamaxı" ilə heç-heçə etməsindən (2:2) sonra bu mövzuda yazmaq qərarına gəldim. Bu iki klubun azarkeşlərinin son illərdə yaşadıqları, hiss etdikləri oxşardır axı...

"Neftçi" ağ-qara rənglərinə görə Türkiyədə "Beşiktaş"a daha yaxın olsa da, nəticələrinə görə "Fənər"lə eyni taleni bölüşür. Hər ikisi tarixinə, büdcəsinə, azarkeş sayına görə ölkələrində birincilərdəndir, meydandakı göstəricilər isə məyusluqdan başqa bir şey deyil.

Son 11 mövsümdə cəmi bir dəfə Azərbaycan çempionluğunu qazanan "Neftçi" bu müddətdə beş dəfə də heç ilk üçlüyə düşə bilməyib. On ildir çempionluğa həsrət "Fənərbağça" arada çempiondan iki-üç xal geri qalsa və ötən mövsüm hətta 99 xal toplasa da, zirvəni fəth etmək heç cür alınmır.

Avropada da işləri ürəkaçan deyil. "Fənərbağça" ən yaxşı halda ötən mövsüm avrokuboklardan ən zəifi olan Konfrans Liqasında dörddəbir finala çıxıb, gələcək qalib "Olimpiakos"a qanqaraldıcı şəkildə məğlub olmuşdu (2:3, 1:0, pen. 2:3). İndi də Avropa Liqasında dörd turdan sonra 5 xalla 21-ci yerdədir. Müqayisə üçün xatırladaq ki, "Qalatasaray" burada 10 xalla 3-cü, "Beşiktaş" 6 xalla 18-ci, "Neftçi"nin əsas rəqibi "Qarabağ" isə 3 xalla 29-cudur.
"Neftçi"nin beynəlxalq arenadakı macəralarından isə danışmağına dəyməz. İlk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanan Azərbaycan klubu olsa da, 2012/13 Avropa Liqasındakı uğurdan sonra cəmi iki dəfə pley-offda oynayıb, amma hər ikisində uduzaraq, nə 2014/15 Avropa Liqası, nə də 2021/22 Konfrans Liqasına çıxa bilib.

Son on ildə "Neftçi"də on dəfədən çox məşqçi dəyişikliyi olub. Axırıncı altı mövsümdə də beş əcnəbi gəlib, nə italiyalı Roberto Bordin, nə rumıniyalılar Laurentsiu Regekampf və Adrian Mutu, nə monteneqrolu Miodraq Bojoviç, nə də ukraynalı Roman Qriqorçuk ümidləri doğruldub.
Bu müddətdə "Fənərbağça"da niderlandlılar Dik Advokaat, Fillip Koku və Ervin Kuman, həmçinin portuqaliyalılar Vitor Pereira (iki dəfə) və Jorje Jesus kimi məşqçilərin bacarmadığını indi də həmyerliləri Joze Mourinyo etməyə çalışır. Amma onun da işləri yaxşı getmir. Çempionlar Liqasına çıxa bilməyib, debidə evdə "Qalatasaray"a uduzub (1:3), son altı oyunda da cəmi iki qələbə qazanıblar, üstəlik qırmızı vərəqə də alıb. İndi də Mourinyonun "Nyukasl"a gedəcəyi ilə bağlı şayiələr gəzir.

"Fənərbağça" onu sonuncu dəfə çempion edən Ersun Yanalı 2018-ci ilin dekabrında yenidən baş məşqçi vəzifəsinə gətirmiş, onunla 2018/19 mövsümündə 6-cı yeri tutmuş, 2020-ci ilin martında da yola salmışdı.
İndi də "Neftçi" 2021-ci ildə onu Azərbycan çempionu edən Samir Abasovun ümidinə qalıb. O da gələndən sonra dörd oyunda cəmi bir qələbə əldə olunub. Əlbəttə üç-dörd həftə fikir bildirmək üçün hələ tezdir. Abasovun "Neftçi"ni bataqlıqdan çıxara bilib-biməyəcəyini zaman göstərəcək.

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Oxşar xəbərlər