Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama oyununa çıxacaq. Sport24.az xəbər verir ki, "ağ-qaralar" yerli "Termalitsa" ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Qeyd edək ki, "Neftçi" Polşa toplanışında bundan əvvəl "Hapoel" (Təl-Əviv) ilə bərabərə qalıb - 1:1. paytaxt təmsilçisi iyulun 27-də Yunanıstan "Asteras"ı və 1 avqustda Kipr AEL-i ilə qarşılaşacaq.