Təlim-məşq toplanışını Polşada davam etdirən "Neftçi" bu gün növbəti yoxlama oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, "ağ-qaralar" yerli "Termalika"nı sınağa çəkəcəklər.
Görüş Bakı vaxtı ilə saat 13:30-da da başlayacaq.
Yoxlama oyunu
22 iyun
13:30. "Neftçi" – "Termalika" (Polşa)
"Sportovi novini" stadionu
Qeyd edək ki, Polşada ilk yoxlama matçında "Hapoel"lə (Təl-Əviv, İsrail) 1:1 hesablı heç-heçə oynayan "Neftçi" iyulun 27-də Yunanıstan "Asteras"ı və avqustun 1-də Kipr AEL-i ilə də qarşılaşacaq.
İdman.biz