Rusiyanın "Dinamo" (Mahaçqala) klubunun futbolçusu Temirkan Sundukovun karyerasını Azərbaycanda davam etdirmək ehtimalı olub. Sport24.az xəbər verir ki, bu barədə yerli "Legalbet" nəşri məlumat yayıb.
"Neftçi" 23 yaşlı müdafiəçiyə görə Mahaçqala təmsilçisinə müraciət edib. "Ağ-qaralar" rusiyalı oyunçu üçün qarşı tərəfə 150 min avro təklif edib. "Dinamo" isə bundan imtina edib.
Qeyd edək ki, Sundukov 2022-ci ildən Rusiya komandasında çıxış edir.