"Neftçi" "Universitatya Krayova"nın futbolçusu Takuto Oshima ilə maraqlanır.
İdman.biz Rumıniyanın "Fanatik" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yaponiyalının transferi ilə bağlı tərəflər arasında danışıqlar gedir.
Rumıniya klubunun Oshima üçün istədiyi məbləğin ümumilikdə 500 min avro təşkil etdiyi bildirilir.
Futbolçunun Avropanın digər klublarından da təkliflər aldığı barədə məlumat yayılıb.
Qeyd edək ki, dayaq və mərkəz yarımmüdafiəçisi mövqelərində oynayan Oshima 2024/25 mövsümündə ümumilikdə 39 oyunda 1 qol vurub.
İdman.biz