"Neftçi"nin futbolçu Sessi D Almeyda üçün Kiprin "Apollon" klubuna ödəyəcəyi məbləğ bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
"Ağ-qaralar" 29 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 300 min avro ödəniş etməli olacaq.
Oyunçu artıq Bakıdadır və müqavilənin rəsmiləşməsi üçün tibbi müayinədən keçib.
Qeyd edək ki, Sessi D Almeyda karyerası ərzində İngiltərə, Portuqaliya və Fransa klublarında çıxış edib.