Azərbaycan Premyer Liqasının növbəti mövsümünə hazırlığını Polşada davam etdirəm "Neftçi" klubu ilk yoxlama matçını keçirib.
"Report" xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda İsrail təmsilçisi "Hapoel"lə (Təl-Əviv) üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Neftçi"nin heyətində 1-ci dəqiqədə Emin Mahmudov fərqlənib.
Qeyd edək ki, paytaxt təmsilçisi növbəti görüşlərini Polşanın "Termalika" (22 iyul), Yunanıstanın "Asteras" (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.