top
Neftçi-nin hakim qərarlarına etirazı: Səhvlər, VAR müdaxilələri və ədalət tələbi Idman.biz
01 mart 2026, 16:06
- +

"Neftçi"-nin hakim qərarlarına etirazı: Səhvlər, VAR müdaxilələri və ədalət tələbi

Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən "Şamaxı" – "Neftçi" qarşılaşmasının son dəqiqələrində yaşananlar yenidən Azərbaycan futbolunda hakimliyin səviyyəsi və bütün tərəflərə ədalətli yanaşma məsələlərini gündəmə gətirdi.

İdman.Biz xəbər verir ki, "Neftçi" futbol klubunun Misli Premyer Liqasında keçirdikləri oyunlarda hakim qərarları ilə bağlı yaydığı bəyanat belə deyilir.

Klub hakim səhvlərinin çoxluğundan, uyğunsuz VAR müdaxilələrindən narazılığını aşıq şəkildə ifadə edib:

"Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən "Şamaxı" – "Neftçi" qarşılaşmasının baş hakim Kamranbəy Rəhimovun haqlı olaraq əks tərəfə göstərdiyi cərimə zərbəsinə VAR-dan müdaxilə edildi və "Neftçi"nin qapısına növbəti dəfə penalti təyin olundu. Futbolçumuz Mustafa Sekin həmin anda qayda pozuntusuna məruz qalması bir yana, topu tamamilə qaydalar çərçivəsində uzaqlaşdırmasına baxmayaraq, VAR-dan gələn "siqnal"la rəqibin hesabı bərabərləşdirməsinə şərait yaradıldı.

Buna bənzər epizod 16-cı turda "Karvan-Yevlax"la görüşdə də yaşanmışdı. Birinci hissənin sonlarında yenə VAR-ın müdaxiləsi ilə "Neftçi"nin qapısına penalti təyin edilmişdi və komandamız həmin görüşdə yalnız son dəqiqə qolu ilə qələbə qazanmağı bacarmışdı. Bir neçə gün sonra AFFA Hakimlər Komitəsinin rəhbəri Rəhim Həsənov qərarın yanlış olduğunu, İqor Ribeyronun "havada topa başla toxunarkən əllərindən rəqibə qarşı qeyri-qanuni istifadə etmədiyini", dolayısıyla qaydanı pozmadığını təsdiqləmişdi.

"Şamaxı" – "Neftçi" görüşündə təyin edilən penalti ilə də bağlı eyni sözləri demək olar. Mustafa Sek topa oynayır, əllərindən görmədiyi rəqibə qarşı qeyri-qanuni istifadə etmir, hətta özü qayda pozuntusuna məruz qalır. Lakin qərar penaltidir.

Görünür, VAR-dakı hakim Cavid Cəlilovun öz oyun qaydaları var. Bu hakim ümumən son həftələrdə gündəmdədir və gündəmdə olmasının səbəbi yüksək səviyyəli hakimliyi deyil, elə "Şamaxı" ilə oyundakı kimi yersiz müdaxilələri, absurd qərarları və oyun qaydalarını istədiyi şəkildə yozmasıdır.

Baş hakim Kamranbəy Rəhimovun videotəkrara Azərbaycan çempionatına xas olmayan rekord sürətlə və cəmi bir rakursdan yarı-yarımçıq baxdıqdan sonra tələsik qərar çıxarması isə ayrı bir mövzudur. Liqamızda bəzən açıq-aşkar, təmizliyinə şübhə olmayan qolların VAR tərəfindən "səssiz" yoxlanması dəqiqələr alır. Dəfələrlə olub ki, ekran qarşısına dəvət edilən hakim epizodu uzun-uzadı incələyir, bir neçə rakurs tələb edir. Bu oyunda isə baş hakimin monitora yaxınlaşması ilə xarakterik VAR hərəkətini göstərib 11 metrlik nöqtəyə işarə etməsi arasında 20 saniyə oldu, ya olmadı... Maraqlıdır ki, "Neftçi"nin qapısında gördüyü son 4 topu məhz hakimlər "vurub". Bu qolların hamısı ya xətalı 11 metrlik zərbə qərarından sonradır, ya da qol hücumunda qayda pozuntusu olub. Artıq adıçəkilən "Karvan-Yevlax" oyunundakı penalti, "Kəpəz"lə görüşdə növbəti dəfə (!) VAR-ın müdaxiləsi ilə təyin edilən və sonradan yenə Hakimlər Komitəsi sədrinin yanlış qərar kimi təsdiqlədiyi 11 metrlik zərbə və "Şamaxı" ilə matçda daha bir səhv penalti qərarı. Təbii ki, VAR müdaxiləsindən sonra.

Bu oyunda rəqibin hər iki qolunda qayda pozuntusu var. 1-ci qoldan əvvəlki hücumda hakimin köməkçisinin "gözündən yayınan" az qala 5 metrlik ofsayd da unudulmamalıdır. Paylaşılan şəkildə də aşkar görünür ki, rəqib futbolçu ötürmə anında oyundankənar vəziyyətdədir. Amma hakim oyunu dayandırmır və davamında gələn künc zərbəsindən "Neftçi"nin qapısına qol vurulur.

Ümumiyyətlə, "Neftçi" bu mövsüm yanlış hakim qərarlarından ən çox əziyyət çəkən komandadır. Təqdim etdiyimiz videoda əks olunanlar o səhvlərin yalnız daha qabarıq şəkildə önə çıxanlarıdır. Ədalətsiz hakim qərarları və yanlış VAR müdaxilələri ilə "Neftçi" bu mövsüm ciddi xal itkilərinə məruz qalıb və belə görünür ki, bu proses davam edir.

Azərbaycan futbolunun təməl daşı, ölkənin ən qədim və köklü klubu olan "Neftçi"nin tarixi şərəfli səhifələrlə zəngindir. Bizim böyük qələbələrimiz olub və bundan sonra da olacaq. Lakin futbolçuların və məşqçilərin meydandakı əziyyətinin bir əl hərəkəti, səriştəsiz hakimlərin xətalı qərarları ilə yerə vurulması nə qəbul edilməlidir, nə də buna göz yumulmalıdır.

Biz AFFA Hakimlər Komitəsindən bu səhvləri buraxmış şəxslər haqqında ciddi ölçü götürməsini, hakimlərin, hakim köməkçilərinin, dördüncü hakimlərin, videotəkrar hakimlərinin bütün oyunlarda, o cümlədən də "Neftçi"nin matçlarında daha diqqətli olmalarını tələb edirik. Çünki mövsümün həlledici hissəsində istənilən yanlış və qərəzli qərar yüzlərlə insanın çoxaylıq əməyini puç edir, azarkeşlərdə ölkə futbolundakı hər kəs bərabər yanaşmaya olan inamı sarsıdır."Neftçi"nin heç bir hakim köməyinə ehtiyacı yoxdur, amma bizə qarşı edilənlərə də biganə qalmayacağıq. Futbol ictimaiyyətinin "Neftçi"nin bu haqq səsinə səs verəcəyinə ümid edir, Misli Premyer Liqasının bundan sonrakı oyunlarında ədalətin bərqərar olacağına inanırıq".

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

Zirə-Estoniya səfəri: Hakimlər məlum olub

Futbol
Bu gün, 14:30

Neftçi - Dinamo matçının hakimləri məlum olub

Futbol
Bu gün, 14:15

Zirə - Payde oyununda hakimlər məlum olub

Qarabağ FK
Bu gün, 14:00

Qarabağ - CSKA Sofia oyununun biletləri satışa çıxır

Qarabağ FK
Bu gün, 13:45

Qarabağ-ÇSKA oyunlarının hakim təyinatları məlum oldu

Futbol
Bu gün, 13:41

Konfrans Liqasında 91 nömrəli futbolçu komandasını mübarizədən kənar qoydu

Futbol
Bu gün, 13:19

DÇ-2026 finalının hakimi keçmişdə narkotik əməliyyatında saxlanılıb

Futbol
Bu gün, 13:00

Braziliyalı futbolçu Mateus Belemin “Qəbələ”yə transferi pozuldu

Futbol
Bu gün, 12:30

Asim Xudiyev UEFA Konfrans Liqasında hakim-inspektor olacaq

Güləş
Bu gün, 12:23

Azərbaycan çimərlik futbolu millisi pley-off mərhələsinə yüksəlib

Futbol
Bu gün, 12:01

Asim Xudiyev UEFA Konfrans Liqasında “Braqa”nın matçına hakim-inspektor təyin edilib

Futbol
Bu gün, 12:00

Dünya Çempionatının Finalı Məşqçilərin Dueli Olacaq

Futbol
Bu gün, 11:30

DÇ-2026 finalı təxirə düşməyəcək

Futbol
Bu gün, 11:03

Valentin Barkonun sevgilisi Cud Bellinqemi təhqir etdi

Basketbol
Bu gün, 11:00

Bakıda 3x3 basketbol üzrə Dünya Qadın Seriyası start götürür

Futbol
Bu gün, 10:30

Donald Tramp Messi, Ronaldo və Harri Keynin DÇ-2026-da çıxışını yüksək qiymətləndirib

Futbol
Bu gün, 10:22

Arsenal Morqan Rocerslə müqavilə bağlaya bilər

Futbol
Bu gün, 10:01

DÇ-2026-da bürünc medal uğrunda Fransa İngiltərə ilə qarşılaşacaq

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ DÇ-2026-da qol vuran futbolçunu transfer edəcək

Basketbol
Bu gün, 09:42

Bakı mərhələsi ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyası başlayır

Futbol
Bu gün, 09:31

Dünya çempionatı zamanı Banqladeşdə 12 azarkeş ölüb

Futbol
Bu gün, 09:30

Lids Tarik Muharemovi transferini tamamladı

Futbol
Bu gün, 09:21

Didye Deşam: “Fransa millisini darıxacağam”

Digər
Bu gün, 09:02

Azərbaycanda daha üç “Sağlam məhəllə” istifadəyə verildi

Oxşar xəbərlər