AFFA İntizam Komitəsi "Neftçi" klubunu 9700 manat cərimələyib. Sport24.az xəbər verir ki, buna səbəb Misli Premyer Liqasının VIII turunda "Araz-Naxçıvan"la oyunda (2:2) yaşananlar olub.
Paytaxt təmsilçisi dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.
Meydan sahiblərinin azarkeşləri rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün kluba 6000 manat cərimə tətbiq edilib. Bundan əlavə, fanatlar rəqib oyunçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirdiyinə görə "Neftçi" əlavə 3000 manat ödəyəcək.