"Neftçi" - "Kəpəz" oyununda ilk yarı bitib.
İdman.Biz xəbər verir ki, "Neftçi" ilk hissədən sonra 2:0 irəlidədir.
17:29
Misli Premyer Liqasının X turunun "Neftçi" - "Kəpəz" qarşılaşmasında ikinci qol vurulub.
İdman.Biz xəbər verir ki, 23-cü dəqiqədə Vensan Abubakar "Kəpəz" komandasının qapısından top keçirib - 2:0.
17:20
"Neftçi" "Kəpəz" ilə oyunda hesabda irəli çıxıb.
İdman.Biz xəbər verir ki, 19-cu dəqiqədə "Neftçi"nin futbolçusu Emin Mahmudov penaltidən hesabı açıb - 1:0.
17:00
Misli Premyer Liqasının X turu çərçivəsində "Neftçi" - "Kəpəz" oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadədir.
16:26
Misli Premyer Liqasının 10-cu turunda bu gün keçiriləcək "Neftçi" - "Kəpəz" matçı üçün heyətlər açıqlanıb.
İdman.Biz xəbər verir ki, komandalar saat 17:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:
"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 45. Vensan Abubakar 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 9. Bassala Sambu 27. Kristian Kostin 22. Luis Ortis
"Kəpəz": 1. Kaçper Rosa 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 55. Kresus Donqo 6. Pedro Qomeş
09:15
Misli Premyer Liqasının X turunun növbəti qarşılaşması Bakıda keçiriləcək.
İdman.Biz xəbər verir ki, "Neftçi" "Kəpəz"i qəbul edəcək.
Oyun saat 17:00-da başlayacaq. Əzəli rəqiblər çempionatda 64-cü dəfə üz-üzə gələcəklər. Bu oyunların 30 paytaxt, 21-də Gəncə təmsilçisi qələbə qazanıb, 12-də heç-heçə qeydə alınıb. Topların nisbətində də "ağ-qaralar" xeyli öndədir - 102:64.
9 oyundan sonra "Neftçi" 12 xalla 8-ci, "Kəpəz" 3 xalla 12-ci yerdə gedir.
Misli Premyer Liqası
I dövrə, X tur
1 noyabr
17:00. "Neftçi" - "Kəpəz"
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
"Palms Sports Arena"
Qeyd edək ki, açılış oyununda "Qarabağ" "İmişli"yə qalib gəlib - 2:0. Turun qalan oyunları 2-3 noyabrda keçiriləcək.