top
Neftçi - Kayrat: Sovet Dövründən Gələn Rəqabətin Yeni Matçı Idman.biz
09 yanvar 2026, 14:59
- ↺ +

"Neftçi" - "Kayrat": Sovet Dövründən Gələn Rəqabətin Yeni Matçı

Bu gün, yanvarın 9-da BƏƏ-nin Abu-Dabi şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutacaq Bakı təmsilçisi "Neftçi" ilə Qazaxıstanın "Kayrat" klubları arasındakı yoxlama oyunu iki komandanın sovet dövründən başlayan zəngin qarşıdurma tarixində növbəti fəsil olacaq.

İdman.Biz xəbər verir ki, SSRİ dövrünün bütün rəsmi turnirləri - SSRİ çempionatı, SSRİ Kuboku və SSRİ Futbol Federasiyası Kuboku nəzərə alındıqda, komandalar indiyədək bir-biri ilə 70 oyun keçiriblər. 18 yanvar 2008-ci ildə Antalyada keçirilən və 2:2 hesabı ilə başa çatan yoxlama görüşü də nəzərə alınarsa, bugünkü qarşılaşma bu rəqabətdə 72-ci oyun olacaq.

Sovet dövrünün rəsmi matçlarında qələbələrin sayına görə minimal üstünlük Almatı klubunun tərəfindədir. "Kayrat" 29 dəfə qalib gəlib, "Neftçi" 25 qələbə qazanıb, daha 16 görüş isə heç-heçə ilə yekunlaşıb. Topların fərqi də demək olar ki, bərabərdir - "Kayrat"ın xeyrinə 87:86.

Yalnız SSRİ çempionatları (ali və birinci liqalar) çərçivəsində keçirilən oyunlara baxdıqda, komandalar arasında 64 qarşılaşma baş tutub. Bu matçlarda "Kayrat" 27 qələbə qazanıb, "Neftçi" 23 dəfə qalib gəlib, 14 görüş heç-heçə ilə nəticələnib. Topların ümumi fərqi isə Bakı klubunun xeyrinədir - 73:72.

Bu qarşıdurmada "Neftçi"nin ən böyükhesablı qələbəsi 14 iyul 1987-ci ildə SSRİ-nin ali liqasında qeydə alınıb - 6:0. "Kayrat"ın ən böyük uğuru isə 10 oktyabr 1991-ci ilə təsadüf edir. Həmin vaxt almatılılar SSRİ-nin birinci liqasında 5:1 hesabı ilə qalib gəliblər. Bu, klublar arasında son rəsmi oyun olub. SSRİ dağıldıqdan sonra komandalar cəmi bir dəfə - yuxarıda qeyd olunan Antalyadakı yoxlama matçında üz-üzə gəliblər.

Əlavə edək ki, "Kayrat" Qazaxıstanın 2025-ci il çempionudur. Bakı təmsilçisi "Neftçi" isə hazırda Azərbaycan Premyer Liqasında turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.

Qarşıdakı görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:12

Barcelonanın UEFA Çempionlar Liqası oyununda keçmiş narıncı formaya dönüşü

Futbol
Bu gün, 05:12

Manchester United, Borussia Dortmundun ulduz yarımmüdafiəçisinə 100 milyon avro qiymət təklif edir

Futbol
Bu gün, 04:17

Nevill: Manchester United‑un zəif mövsüm başlanğıcı və Carrick‑in gələcəyi üçün qırmızı xətt

Futbol
Bu gün, 03:48

Football Whispers “Borussiya”nın “Sabah” üzərində 3:1 hesabını proqnozlaşdırdı

Futbol
Bu gün, 03:12

Konseysau, Ronaldo və Jesús arasındakı münaqişəyə dair fikirlərini bildirdi

Futbol
Bu gün, 02:47

Dortmund rəhbəri “Sabah”ın gücünü etiraf edərək, Bakıdakı oyunda qələbə hədəfi qoydu

Futbol
Bu gün, 02:13

Borussiya Dortmundda Sabahla Çempionlar Liqası qarşılaşması öncəsi gərginlik

Futbol
Bu gün, 01:49

"RedBird Capital" qrupunun "Əl-Nəsr" klubunun 70% səhmlərini alma ehtimalı

Futbol
Bu gün, 01:28

Xetafe Rayo Valyekanoyla 1:1 hesabla bərabərlik qazanıb

Digər
Bu gün, 01:25

Teymur Fərəcov 8 saat 58 dəqiqə 8 saniyə ilə Ironman rekordunu yenilədi

Futbol
Bu gün, 01:05

Tottenhem Koventri Sitiyə qarşı 3:1 hesabı ilə qalib gələrək düşmə zonasını tərk etdi

Futbol
Bu gün, 00:31

Pirs Morqan Ronaldunun 255 avro cəriməsinə gülərək cavab verdi

Basketbol
Bu gün, 00:15

Tahir Baxşıyev: 75-100 məğlubiyyətdə səhvlər əsas rol oynadı

Futbol
Bu gün, 00:07

Həsən Nəzərli Türkiyədən geri dönəcək: Şamaxıya transferi gündəmdə

Basketbol
Dünən, 23:55

Sabah NTD-yə qələbə qazanıb

Futbol
Dünən, 23:48

Ronaldu 30 günlük diskvalifikasiyadan sonra sosial şəbəkədə paylaşım etdi

Futbol
Dünən, 23:38

Bursaspor 2:0 ilə Pendikspor'u məğlub etdi, Toral Bayramovun komandası liderlə xal fərqini minimuma endirdi

Futbol
Dünən, 23:34

Real Madridlə qarşıdurma səbəbindən Tebas vəzifəsindən uzaqlaşdırılma təhlükəsi altında

Futbol
Dünən, 23:19

Qalatasaray, Fransadakı etirazlar səbəbindən UEFA-ya rəsmi müraciət hazırlayır

Futbol
Dünən, 23:05

Məşhur şərhçi Derek Reyin Real Madrid vs. Sevilya qarşılaşmasına hazırlıq etdi

Şahmat
Dünən, 22:55

Gəncədə Fərid Orucov şahmat çempionu seçildi

Futbol
Dünən, 22:52

Trabzonspor Beşiktaş'ı 2:0 ilə məğlub etdi

Şahmat
Dünən, 22:51

Azərbaycan şahmat klubları Avropa Kubokunda iki qələbə qazandı

Futbol
Dünən, 22:41

Sabah – Borussiya qarşılaşması üçün azarkeşlərə pulsuz avtobuslar təşkil edildi

Oxşar xəbərlər