"Neftçi" Misli Premyer Liqasının 16-cı turunda qarşılaşacağı "Karvan-Yevlax"la matçın hazırlığını yekunlaşdırıb. Sport24.az xəbər verir ki, komandanın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
"Ağ-qaralar" hazırlıq prosesindən sonra Yevlaxa yola düşüb.
Qeyd edək ki, dekabrın 20-də Yevlax şəhər stadionunda keçiriləcək "Karvan-Yevlax" – "Neftçi" oyunu saat 14:00-da başlanacaq.