top
Neftçi hara gedir? - Bundan betər olmayıb - ANALİZ Idman.biz
29 aprel 2025, 12:38
- ↺ +

"Neftçi" hara gedir? - Bundan betər olmayıb - ANALİZ

Azərbaycanın ən köklü klubu olan "Neftçi" yenə avrokuboklardan kənar qalıb.

İdman.biz xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda 2024/25 mövsümü başa çatmamış qitəmiqyaslı turnirlərdə iştirak şansını itirib.

Bakı klubu 2025/26 mövsümündə də Avropada olmayacaq. Bu, ardıcıl ikinci dəfə yaşanacaq. Paytaxt təmsilçisi cari mövsümdə də avrokubokları kənardan seyr edib.

"Neftçi"nin tarixinə nəzər salsaq, ardıcıl iki mövsüm Avropaya çıxmamaqdan betəri olmayıb. İki il qitə kuboklarına vəsiqə qazanmamaq "ağ-qaralar"ın antirekordudur.

Bakılılar indiyədək yalnız bir dəfə ardıcıl iki ili boşa verib. 2009/10 və 2010/11 mövsümlərində Avropa qatarında "Neftçi"yə yer tapılmayıb. Həmin dövr klub tarixində ilk belə qara seriya olub.

Antirekord 15 ildən sonra təkrarlanıb. "Ağ-qaralar" üçün 2024/25 və 2025/26 mövsümləri qara rənglə başlayacaq.

"Neftçi"nin Avropadakı çıxışlarına nəzər salsaq, daha bir dəfə ardıcıl iki il qitə kuboklarına qatılmadığını görmək olar. Amma 2002/03 və 2003/04 mövsümlərini klubun passivinə yazmaq, uğursuz çıxışla bağlamaq düzgün deyil. Çünki ölkədə futbolun olmadığı dövrdə təkcə "Neftçi" deyil, Azərbaycan klubları UEFA miqyaslı turnirlərə buraxılmayıb. Bir sözlə, həmin fasilə vəsiqə qazanılmaması ilə bağlı olmayıb.

Ümumiyyətlə isə Azərbaycan klublarının Avropa səhnəsinə çıxdığı 1994-cü ildən indiyədək 10-cu dəfə "Neftçi" qitə kuboklarında olmayacaq. Bunlardan ikisində Azərbaycan bu turnirlərə buraxılmayıb. "Ağ-qaralar" tarixində 8-ci dəfə vəsiqə qazana bilməyib. Əgər iki dəfə 2 mövsümlük seriya yaşanıbsa (2009/10-2010/11 və 2024/25-2025/26), digər 4 halda bu həsrət (1994/95, 1998/99, 2006/07, 2017/18) qısa sürüb.

"Neftçi" 22 dəfə avrokuboklara qatılıb. Paytaxt təmsilçisi mübarizəyə 7 dəfə Çempionlar Liqasında, 11 dəfə Avropa Liqası (əvvəl UEFA kuboku) və 2 dəfə Konfrans Liqasında başlayıb. Digər iki start artıq keçirilməyən Kuboklar kuboku və İntertoto kubokunda gerçəkləşib.

"Neftçi" və avrokuboklar:
1994/95. Vəsiqə qazanmayıb
1995/96. Kuboklar kuboku
1996/97. UEFA kuboku
1997/98. Çempionlar Liqası
1998/99. Vəsiqə qazanmayıb
1999/2000. UEFA kuboku
2000/01. UEFA kuboku
2001/02. UEFA kuboku
2002/03. Azərbaycan təmsil olunmayıb
2003/04. Azərbaycan təmsil olunmayıb
2004/05. Çempionlar Liqası
2005/06. Çempionlar Liqası
2006/07. Vəsiqə qazanmayıb
2007/08. UEFA kuboku
2008/09. İntertoto kuboku
2009/10. Vəsiqə qazanmayıb
2010/11. Vəsiqə qazanmayıb
2011/12. Çempionlar Liqası
2012/13. Çempionlar Liqası
2013/14. Çempionlar Liqası
2014/15. Avropa Liqası
2015/16. Avropa Liqası
2016/17. Avropa Liqası
2017/18. Vəsiqə qazanmayıb
2018/19. Avropa Liqası
2019/20. Avropa Liqası
2020/21. Avropa Liqası
2021/22. Çempionlar Liqası
2022/23. Konfrans Liqası
2023/24. Konfrans Liqası
2024/25. Vəsiqə qazanmayıb
2025/26. Vəsiqə qazanmayıb

Qeyd edək ki, "Neftçi"nin avrokuboklara nəzəri şansları Misli Premyer Liqasının XXXII turunun "Sumqayıt"la sərər oyunundan (2:2) bitib.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:34

Harri Keyn, Dieqo Simeonenin Qızıl top tərifinə cavab verdi

Futbol
Bu gün, 16:21

Vikinqin baş məşqçisi Orsheym, ‘Budyo‑Qlimt’ mübahisəsini izah edir və ‘Sabah’la dueldə hazırdır

Futbol
Bu gün, 16:20

Vest Harmony baş məşqçisi Nuno Eşpiritu Santu ilə yollarını ayırdı

Qarabağ FK
Bu gün, 16:14

"Qarabağ" - "Turan Tovuz": Premyer Liqanın 11-ci tur matçının bileti 5 manatdan satışdadır

Digər
Bu gün, 16:09

Baku məktəblilər üçün ödənişsiz atletika təlimlərinə başlayıb

Futbol
Bu gün, 16:01

İspaniya Kubokunun oyunları Jesús de Miguelin vəfatı səbəbindən təxirə salındı

Futbol
Bu gün, 15:59

Neftçi, Kəpəzi qəbul edərək Murad Xaçayevin müdafiədə yaradacağı boşluqla başaverəcək

Futbol
Bu gün, 15:47

Vikinqin baş məşqçisi Arşeim: Sabaha qarşı maraqlı və gərgin oyun gözləyirik.

Futbol
Bu gün, 15:44

Luis Enrike Vilyarreal qarşısında oynanacaq matchə hazırlıqda futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 15:40

Xesus de Migel rəqibə toqquşub vəfat etdi

Futbol
Bu gün, 15:30

Azərbaycan Kubokunun II mərhələsində cəzalar və cərimələr təyin edildi

Futbol
Bu gün, 15:29

Barselonada dörd müdafiəçi zədəli, Hans-Diter Flik məlumat verdi

Futbol
Bu gün, 15:20

Asiya Kubokunun keçirilmə vaxtı 2027-ci ilin sonundan 2028-ci ilin başlanğıcına dəyişdirilib

Digər
Bu gün, 15:20

Kolbi Kovinqton UFC çempionu İslam Mahaçevin karyerasını başa vurmağı məsləhət gördü

Futbol
Bu gün, 15:01

Barselona, Aston Villa futbolçusu Joan Manzambi-yə maraq göstərir

Futbol
Bu gün, 15:00

Roma, Brahim Diaza görə lazımi təzminatı ödəməyə hazır: Transfer planları

Voleybol
Bu gün, 14:54

Çempionlar Liqasında Azərbaycan təmsilçiləri: "Xilasedici" debüt edir, "Turan" isə əsas mərhələ uğrunda savaşır

Olimpiada
Bu gün, 14:45

İkiqat Olimpiya çempionu Yelena İsinbayeva bank hesabı yenidən bloklanıb

Futbol
Bu gün, 14:40

Eneri Keyn: "Bavariya"ya keçmək karyeramda mühüm addım oldu

Futbol
Bu gün, 14:24

İspaniyada "Tenerife" hücumçusu Xesus de Miguel ağır zədə alaraq vəfat etdi

Futbol
Bu gün, 14:20

"Sabah"ın "Vikinq"ə qarşı Çempionlar Liqası görüşündə anşlaq olacaq

Futbol
Bu gün, 14:09

Kriştianu Ronaldu Junior ilk dəfə Portuqaliyanın U-17 millisinə dəvət alıb

Güləş
Bu gün, 14:06

Arseni Çoyev noyabr 2026 reytingində birinci pillədə

Futbol
Bu gün, 14:01

Azərbaycan hakimləri UEFA Avropa Liqasının 4-cü tur oyunlarında rəhbərlik edəcək

Oxşar xəbərlər