"Neftçi" klubu "Badamlı" ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Sport24.az xəbər verir ki, "Badamlı" "Neftçi"nin su tərəfdaşı olacaq.
Razılaşma 2026/27-ci illər mövsümünün sonunadək nəzərdə tutulub. Şirkət 3 il müddətində komandaları içməli su ilə təmin edəcək. "Neftçi"nin əsas komandasının oyun formalarında "Badamlı" loqosu əks olunacaq.