"Neftçi" qış fasiləsində ilk ayrılığını rəsmiləşdirib.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, klub braziliyalı sağ cinah oyunçusu Aleks Fernandeslə rəsmi şəkildə yollarını ayırıb.
23 yaşlı futbolçu Rusiyanın "Baltika" klubundan Bakı təmsilçisinə icarə əsasında cəlb olunsa da, mövsüm üçün təqdim edilən iştirak ərizəsinə daxil edilməyib. Komandaya yeni baş məşqçi Yuri Vernidubun təyin olunması da bu qərarı dəyişməyib.
Nəticədə, icarə müddəti başa çatan Aleks Fernandes yenidən "Baltika"ya qayıdıb. Halbuki "Baltika" 2027-ci ilin yayına qədər müqaviləsi olan hücumameyilli futbolçunun "Neftçi"yə simvolik məbləğ qarşılığında transferinə razılıq vermişdi. Lakin braziliyalı futbolçu bir il ərzində komanda üçün faydalı ola bilmədiyindən, onun tam transferinə ehtiyac duyulmayıb.