top
Nə üçün Qarabağ və Sabah komandaları yaxşı oyunçular əldə edir, Neftçi isə yox? Qol.az
25 aprel 2025, 10:03
- ↺ +

Nə üçün "Qarabağ" və "Sabah" komandaları yaxşı oyunçular əldə edir, "Neftçi" isə yox?

"Belə bir oyunu gözləyirdim. Hər iki komanda əlindən gələni etdi. Yəni mübarizə getdi".

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

77 yaşlı mütəxəssis Azərbaycan kubokunun yarımfinalının "Neftçi" ilə "Sabah" arasında keçirilən cavab matçı ilə bağlı danışıb.  O, 1:1 hesabı ilə başa çatan oyun və "Neftçi"nin kubokla vidalaşması ilə bağlı fikirlərini bildirib: "Neftçi" ilk hissədə çox yaxşı oynadı. Mən saydım, Filip Ozobiçin 3 qol vəziyyəti oldu. Bundan istifadə etmək lazım idi. İkinci hissədə isə "Sabah" çox güclü oynadı. Hətta 3-4 qol epizodundan istifadə edə bilmədilər". 

A.Mircavadov "Neftçi"nin baş məşqçisi Samir Abasovun oyundan sonra dediyi "Bu futbolçuları mən gətirməmişəm, komandanı mən qurmamışam" fikrinə də münasibət bildirib. Mircavadov qeyd edib ki, bir çox legioneri həqiqətən də "Neftçi"yə layiq oyunçu deyil: "Bu, bir adətdir. Yeni baş məşqçi gələndə əvvəlki məşqçinin oyunçularından komandada kimlərsə qalırsa, deyir ki, bunları mən gətirməmişəm, mənə vaxt lazımdır. Əslində mən də düşünürəm ki, Samir Abasova vaxt vermək lazımdır. Samir "Neftçi"də qalıb işləməlidir. Yerli, istəkli, öz üzərində çalışan məşqçidir. Mən də "Neftçi"nin oyunçularından narazıyam. Legionerləri "Neftçi"yə layiq deyillər.

Dünənki oyunda bütün komanda istəkli idi, əllərindən gələn qədər oynadılar. Amma bundan artığını edə bilmirlər. Səviyyələri bura qədərdir. Ona görə həmişə deyirəm ki, legionerləri elə seçmək lazımdır ki, "Neftçi"yə layiq futbolçular olsunlar. Niyə "Qarabağ", "Sabah" yaxşı oyunçular tapır, "Neftçi" yox?  Fərq bundadır. Bir də əsas məsələ odur ki, bizdə çox məşqçi futbolçunu aça bilmir. Amma məncə, cavan məşqçilərə vaxt vermək lazımdır. Tədricən düzələcək. Heç bir işdə tələsmək lazım deyil".

"Neftçi"nin keçmiş çalışdırıcısı sabiq komandasının stabil oynamamasından və bunu səbəblərindən də danışıb: "Neftçi" ardıcıl 3-4 oyunda meydana optimal heyətlə çıxa bilmir. Məlumdur ki, yeni gələn baş məşqçi axtarışda olur. Mən deyərdim ki, "Neftçi"də hazırda çıxış edən oyunçuların çoxunun potensialı elə bu qədərdir. Bundan o tərəfi yoxdur. Amma "Neftçi" elə bir klubdur ki, hər il avrokuboklarda oynamalıdır. Bunu sözdə yox, əməldə göstərmək lazımdır. Çempionlar Liqası olmasın, olsun lap Konfrans Liqası. Çünki sən avrokuboklarda çıxış edəndə legioner oyunçular gətirmək imkanın daha çox olur. Ola bilər ki, "Neftçi"nin hansısa oyunçuları bəzən yaxşı çıxış edirlər. Amma sabit oyun yoxdur. Bu da onların səviyyəsi ilə bağlıdır. Yenə deyirəm, baş məşqçi Samir Abasova şans vermək lazımdır. Bu da klub rəhbərliyindən asılıdır. Necə qərar verəcəklər, zaman göstərəcək".

Ramiq Ağaməmmədov

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər