top
Naxçıvan futbolunun tarixi nailiyyəti: Araz-Naxçıvan klubu ilk dəfə Avropa kuboklarında mübarizə aparacaq - ŞƏRH Report.az
20 may 2025, 13:14
- ↺ +

Naxçıvan futbolunun tarixi nailiyyəti: "Araz-Naxçıvan" klubu ilk dəfə Avropa kuboklarında mübarizə aparacaq - ŞƏRH

Misli Premyer Liqasında ötən həftəsonu XXXV turun görüşləri baş tutdu. Diqqətçəkən məqam "Araz-Naxçıvan" klubu ilə bağlı oldu. Belə ki, mayın 17-də səfərdə "Şamaxı"ya qalib gələn (1:0) bölgə təmsilçisinin sona bir tur qalmış 2024/2025 mövsümünü üçüncü pillədə başa vuracağı rəsmiləşdi. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda tarixində ilk dəfə Azərbaycan çempionatının elitasında bürünc medallara yiyələndi. "Araz-Naxçıvan" həmçinin ölkəni ilk dəfə avrokuboklarda təmsil etmək hüququ qazandı.

Əlbəttə, Naxçıvan təmsilçisinin bu uğuru çox qiymətlidir. Birincisi, ona görə ki, komanda heyət, şərait və maliyyə təminatı baxımdan əksər Premyer Liqa təmsilçilərindən geri qalır. Komandanın rəqiblərini Naxçıvanda, doğma azarkeşləri önündə deyil, Mərdəkandakı "Liv Bona Dea Arena"da qəbul etməsi də böyük problem sayılırdı. Bütün çətinliklərə rəğmən, "Araz-Naxçıvan" mövsümü "Qarabağ" və "Zirə"dən sonra üçüncü pillədə başa vurmağa müvəffəq oldu. Elmar Baxşıyevin komandasının daha yaxşı şərtlər fonunda çempionatda mübarizə aparan "Turan Tovuz", "Sabah", "Neftçi" və "Sumqayıt" kimi rəqibləri arxada qoyması qazanılan bürünc medalın və qitəmiqyaslı turnirə vəsiqənin dəyərini daha da artırır.

"Araz-Naxçıvan" 2025/2026 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. Əlbəttə, komandanın debüt mövsümündə qitə arenasında necə yadda qalacağını indidən təxmin etmək çətindir. Amma bir şey dəqiqdir ki, mövcud heyətlə uğurlu çıxışa ümid etmək sadəlövhlük olardı. Elə rəhbərlik də bunun fərqindədir. Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun məlum uğurdan sonra söylədiklərinə fikir verək: "Təbii ki, uğur hər birimizin uğurudur, Naxçıvan ictimaiyyətinin, futbolunun uğurudur. Qeyd edim ki, artıq növbəti mövsümdən "Araz-Naxçıvan"ın heyətində 50 faiz dəyişiklik olacaq ki, komanda avrokubokda daha uğurlu çıxış etsin. Naxçıvan stadionunda da işlərimiz başlayıb. Layihə hazırlanır. Ümidvaram ki, yaxın gələcəkdə Naxçıvanda oynayacağıq".

1967-ci ildə "Araz" adı ilə təsis olunan Muxtar Respublika təmsilçisi Azərbaycan çempionatları tarixində mükafat qazanan 20-ci komandadır. 1992-ci ildən keçirilən yarışda əvvəlki illərdə 19 klub ilk "üçlüy"ə düşməyi bacarıb. "Araz" SSRİ dönəmində müxtəlif liqalarda mübarizə aparıb. İlk dəfə 1968-ci ildə 3-cü zonanın B qrupunda çıxış edib və ilk oyununu "Daşqın"a qarşı keçirib. Komanda 1980-ci illərdə (1978-ci il istisna) isə əsasən II dəstədə oynayıb. "Araz" 1987-ci ildə Azərbaycan SSR-in daxili birinciliyində mübarizə aparıb və klub tarixinin ilk titulunu – çempionluğu qazanıb. Bu çempionluq komandaya yenidən SSRİ çempionatına qayıtmağa imkan yaradıb. Yarandığı gündən etibarən Azərbaycan futboluna yeni nəfəs gətirən "Araz"ın formasını SSRİ dönəmində Böyükağa Hacıyev, Vaqif Sadıqov, Oqtay Abdullayev, Novruz Əzimov, Maşalla Əhmədov, İlqar Hüseynov, Asim İbrahimov, Ceyhun Hüseynov, Allahverdi Səfərov, İbrahim Rzayev kimi tanınmış futbolçular geyiniblər.

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında ilk dəfə 2013/2014 mövsümündə iştirak edib. Ancaq XI turda "Qarabağ"a 0:4 hesabı ilə uduzandan sonra rəhbərlik Peşəkar Futbol Liqasına müraciət edərək, komandanın iştirakını dayandırdığını və liqadan çəkildiyini bildirib. Premyer Liqaya növbəti dönüş isə 2023-cü ildə baş tutub. Azərbaycan I Liqasının qalibi olandan sonra lisenziyalaşdırmanın şərtlərini yerinə yetirən "Araz-Naxçıvan" AFFA İcraiyyə Komitəsinin qərarı ilə yenidən Premyer Liqaya dönüb və 2023/2024 mövsümünü 8-ci pillədə tamamlayıb. Cari "futbol ili"ni bürünc medal və UEFA Konfrans Liqasına vəsiqə ilə tamamlayan bölgə təmsilçisi iki dəfə I Liqanın (2013/2014, 2022/2023) qalibi olub, bir dəfə isə Region Liqasının (2021/2022) bürünc medalını qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:50

Rəvan Həmzəzadə VII tur I Liqa məclisində hakim olaraq iştirak edir

Futbol
Bu gün, 17:33

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2026/27 mövsümündə qrup rəqibləri açıqlanıb

Futbol
Bu gün, 17:33

Barselona Həmzə Əbdülkərim iki heyətə çağırıldı

Qarabağ FK
Bu gün, 17:30

İspaniya və Serbiya klublarından Azərbaycan U17 milli komandasına dəvət

Futbol
Bu gün, 17:29

Portuqaliyanın "Porto" klubu Avropada bərabərsiz qalır

Futbol
Bu gün, 17:20

RB Layptsiq Yohan Bakayokonu qış transfer pəncərəsində satmaq niyyətindədir

Digər
Bu gün, 17:13

UFC əfsanələri Kris Vaydman və Dastin Porye əfsanəvi Konor Makqregoru yarımyüngül çəkidə məğlub edəcək olan İliya Topuriya haqqında

Futbol
Bu gün, 17:01

Martin Subimendi qış transferində Arsenaldan ayrılma ehtimalı;

Futbol
Bu gün, 17:00

Cahangir Həsənzadə: "Sabah"ın UEFA Çempionlar Liqasında "Vikinq"ə qarşı yeni mərhələyə yüksəlmək şansını çox aşağı qiymətləndirirəm

Futbol
Bu gün, 16:46

Braziliyalı hücumçu Rişarlisonun agenti Trabzonsporla görüş istəyib

Futbol
Bu gün, 16:45

Aslan Kərimov "Sabah"ın "Vikinq"ə qarşı oyununda standart vəziyyətlər və əks-hücumları əsas təhlükə adlandırdı

Cüdo
Bu gün, 16:35

DİN-ə məxsus cüdo komandası açıq çempionatda xüsusi kuboka sahib oldu

Futbol
Bu gün, 16:34

Harri Keyn, Dieqo Simeonenin Qızıl top tərifinə cavab verdi

Digər
Bu gün, 16:29

Azərbaycanlı taekvondoçu Qaşim Maqomedov Belqrad turnirində qızıl medal qazanıb

Futbol
Bu gün, 16:21

Vikinqin baş məşqçisi Orsheym, ‘Budyo‑Qlimt’ mübahisəsini izah edir və ‘Sabah’la dueldə hazırdır

Futbol
Bu gün, 16:20

Vest Harmony baş məşqçisi Nuno Eşpiritu Santu ilə yollarını ayırdı

Qarabağ FK
Bu gün, 16:14

"Qarabağ" - "Turan Tovuz": Premyer Liqanın 11-ci tur matçının bileti 5 manatdan satışdadır

Digər
Bu gün, 16:09

Baku məktəblilər üçün ödənişsiz atletika təlimlərinə başlayıb

Futbol
Bu gün, 16:01

İspaniya Kubokunun oyunları Jesús de Miguelin vəfatı səbəbindən təxirə salındı

Futbol
Bu gün, 15:59

Neftçi, Kəpəzi qəbul edərək Murad Xaçayevin müdafiədə yaradacağı boşluqla başaverəcək

Futbol
Bu gün, 15:47

Vikinqin baş məşqçisi Arşeim: Sabaha qarşı maraqlı və gərgin oyun gözləyirik.

Futbol
Bu gün, 15:44

Luis Enrike Vilyarreal qarşısında oynanacaq matchə hazırlıqda futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 15:40

Xesus de Migel rəqibə toqquşub vəfat etdi

Futbol
Bu gün, 15:30

Azərbaycan Kubokunun II mərhələsində cəzalar və cərimələr təyin edildi

Oxşar xəbərlər