top
Napoli üçün Qarabağla oyun Kontenin taleyini həll edə bilər Idman.biz
18 noyabr 2025, 13:47
- ↺ +

"Napoli" üçün "Qarabağ"la oyun Kontenin taleyini həll edə bilər

"Napoli"nin Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la keçirəcəyi qarşılaşma Antonio Kontenin İtaliyadakı gələcək karyerası üşün həlledici ola bilər.

İdman.Biz-in "La Repubblica"ya istinadən verdiyi məlumata görə, qarşıdakı üç oyun - A Seriyasında "Atalanta" və "Roma" ilə matçlar, həmçinin Çempionlar Liqasında "Qarabağ"la görüş - Kontenin "Napoli"dəki taleyi üçün həlledici hesab olunur. Məhz bu mərhələnin yekunlarına əsasən klub rəhbərliyi məşqçinin vəziyyəti yaxşılığa doğru dəyişməyə qadir olub-olmadığını qiymətləndirəcək.

Böhranın səbəbi kimi komandanın "Bolonya"ya 0:2 hesabı ilə ağır məğlubiyyəti göstərilir. Bu oyundan sonra Konte mətbuat konfransında futbolçuları xarakter və məsuliyyət çatışmazlığına görə sərt tənqid etmişdi. Neapolda bu açıqlama komanda daxilində ciddi problemlərin siqnalı kimi qəbul olunub. Xüsusilə nəzərə alsaq ki, məhz Konte ötən mövsüm "Napoli"ni A Seriyasının çempionu etmişdi.

Bu fonun davamında Konte özünəməxsus olmayan şəkildə əlavə fasilə alıb: o, təxminən bir həftə komandanın yanında olmayıb. Futbolçular isə Kastyel Volturnoda məşqləri onun assistenti Kristian Stellini və komanda meneceri Leonardo Orialinin rəhbərliyi altında davam etdiriblər. İtaliya KİV-i bu fasilənin klubla razılaşdırıldığını bildirsə də, hadisə ehtimal olunan narazılıq və mümkün ayrılıqla bağlı yeni müzakirələrə səbəb olub.

Eyni zamanda mətbuatda Kontenin gedişi halında mümkün ssenarilər və potensial əvəzləyicilər də müzakirə olunurdu. Lakin klubun rəsmi mövqeyi fərqli idi: İtaliya mətbuatının yazdığına görə, prezident Aurelio De Laurentiis məşqçiyə tam dəstəyi vurğulayıb və azarkeşlərin təzyiqinə, eləcə də uğursuz nəticələrə baxmayaraq, dərhal müqavilənin pozulmasını nəzərdən keçirməyib.

Hazırda Konte artıq komandaya qayıdıb və fasilədən sonra ilk məşqi keçirib. O, "Atalanta" ilə oyuna və ardından "Qarabağ"la səfər görüşünə hazırlaşır. İtalyan jurnalistləri əmindirlər ki, bu oyunlar blokunda komandanın sabitliyini və inamını bərpa edib-etməyəcəyi aydın olacaq. "Qarabağ"la matç isə yalnız turnir baxımından yox, həm də Kontenin postunu qoruması üçün əsas imtahanlardan biri kimi dəyərləndirilir.

"Qarabağ" və "Napoli" arasında oyun noyabrın 25-də Neapoldakı Dieqo Maradona stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə 23:59-da başlayacaq. ÇL-in əsas mərhələsinin dörd turundan sonra Ağdam təmsilçisi yeddi xalla 15-ci, "Napoli" isə dörd xalla 24-cü yerdə qərarlaşıb.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:29

Şəki 11:1 hesabına Ağstafa Gəncləri qarşısında ağır uduzdu

Futbol
Bu gün, 19:13

Xetafe, Sevilya üzərində 3-1 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 18:49

Fermin Lopes Manchester Unitedin marağını rədd edib, Barselona’da qalmaq istəyir

Basketbol
Bu gün, 18:25

Sabah və Gəncə Basketbol Liqasında Qələbə Qazanır

Basketbol
Bu gün, 18:13

NTD baş məşqçisi Tahir Baxşıyev: Komanda hələ sabit oyun nümayiş etməyə hazır deyil

Futbol
Bu gün, 17:56

"Qalatasaray"ın vitse-prezidenti Metin Öztürk istefa verdi

Futbol
Bu gün, 17:53

Şamaxı məşqçisi Azər Bağırov məğlubiyyətin səbəblərini açıqladı

Futbol
Bu gün, 17:43

Rafinya Messinin La Liqadakı rekordu təkrarlayıb: 11 turda 15 qol

Futbol
Bu gün, 17:34

"Komo" "Venetsiya"yı 1:0 hesabı ilə məğlub edərək A Seriyasında dördüncü yeri ələ keçirdi

Futbol
Bu gün, 17:33

Azər Bağırov: "Şamaxı"nın "Neftçi"yə qarşı matçında 100%-lik fürsətləri dəyərləndirmədiyini dedi

Futbol
Bu gün, 17:26

Babək Quliyev UEFA Gənclər Liqasının Göztəpə–AZ Alkmaar oyununda hakim‑inspektor təyin edildi

Digər
Bu gün, 17:16

Bakıda 8 noyabrda "Zəfər Kuboku" at yarışı keçiriləcək

Futbol
Bu gün, 17:15

Vernidub: "Şamaxı" heç də asan rəqib deyildi, heç bir halda xal itirə bilməzdik

Basketbol
Bu gün, 17:09

Murad Dikmen: “Gəncə”nin “NTD” üzərindəki qələbəsi və komandanın böyük hədəfləri haqında bəyanatlar verib

Futbol
Bu gün, 17:04

Neftçi Şamaxıya 3-2 qələbə verərək liderliğe yüksəldi

Futbol
Bu gün, 17:02

"Bavariya" Avropanın ilk beş liqasında məğlubiyyətsiz yeganə komanda olaraq qalıb

Basketbol
Bu gün, 17:02

"Sumqayıt" basketbol komandası baş məşqçisi hakimlərin qərəzli idarəçiliyini ittiham etdi

Futbol
Bu gün, 16:57

Everton Cek Qrilişi iki gün spirtli içki üçün heyətdən kənarlaşdırdı

Qarabağ FK
Bu gün, 16:55

"Neftçi" səfərdə "Şamaxı"ya qalib gələrək turnir cədvəlində liderə çevrilib

Futbol
Bu gün, 16:36

Amedspor Super Liqada 5-1 qalib, Balle hat-trik etdi, qırmızı vərəqə aldı

Digər
Bu gün, 16:32

İrlandiyanın 1500 m Avropa çempionu Siara Magian 34 yaşında vəfat edib

Futbol
Bu gün, 15:58

Trabzonspor Braziliyalı Forvard Con Kennedy ilə Danışıqlara Başladı

Futbol
Bu gün, 15:55

Neftçi futbolçusu Qustavo Klinsman 'Ayın qolu' mükafatını qazandı

Futbol
Bu gün, 15:49

PFL rəhbərliyi “Şamaxı” – “Neftçi” matçını stadiondan izləyir

Oxşar xəbərlər