UEFA Çempionlar Liqasının qrup mərhələsinin bu gün baş tutacaq "Napoli" - "Qarabağ" matçının mümkün təxirə salınması ilə bağlı İtaliya mətbuatında yayılan məlumatlar ajiotaj yaradıb.
Bildirilib ki, Neapolda müşahidə olunan əlverişsiz hava şəraiti oyunun gedişinə təsir göstərə bilər.
Məsələ ilə bağlı "Qarabağ" klubundan İdman.Biz-ə bildirilib ki, hazırda oyunun təxirə salınması gündəmdə deyil:
"Matç planlaşdırıldığı kimi keçiriləcək".
Xatırladaq ki, qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 00:00-da "Dieqo Armando Maradona" stadionunda start götürəcək.
Yusif Sadıqlı