top
Napoli - Qarabağ: İtaliya mətbuatı Ağdam klubunu Çempionlar Liqasının sensasiyası adlandırır Idman.biz
25 noyabr 2025, 16:35
- ↺ +

"Napoli" - "Qarabağ": İtaliya mətbuatı Ağdam klubunu Çempionlar Liqasının sensasiyası adlandırır

İtaliya mətbuatı Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" oyunu ərəfəsində Ağdam klubunu tərifləməkdə davam edir.

İdman.Biz xəbər verir ki, yerli nəşrlər "Qarabağ"ın hazırda turnirin ən maraqlı komandalarından biri olduğunu yazırlar.

Belə ki, "CalcioNapoli1926"nın analitik materialında qeyd olunur: "Bu, cari Çempionlar Liqasının ən böyük kəşfidir. Dörd turdan sonra "Qarabağ"ın yeddi xal var - bu qədər xal "Çelsi", "Barselona" və "Atalanta"nın da aktivindədir".

Jurnalistlər vurğulayırlar ki, qrup cədvəli gözlənilməz görünür: azərbaycanlılar "Napoli"dən yuxarıdadır və artıq "Benfika"nı (3:2) və "Kopenhagen"i (2:0) məğlub etməyi, həmçinin "Çelsi" ilə heç-heçə (2:2) oynamağı bacarıblar.

"La Gazzetta dello Sport"un dərc etdiyi məlumatda isə deyilir: "İlk dörd oyunda yeddi xal - artıq bu, "Qarabağ"ı turnirin ilk hissəsinin əsas sensasiyası adlandırmaq üçün kifayətdir".

İtaliya mətbuatı Azərbaycan klubunun strukturuna və fəlsəfəsinə də böyük diqqət ayırır. Qeyd olunur ki, "Qarabağ" uğurlarını böyük büdcələrə deyil, sabitliyə, uzunmüddətli yanaşmaya və güclü komandaya söykənərək qurur. "Areanapoli" yazır: "Qurban Qurbanovun komandası dəqiq təşkilatlanmanın və kollektiv intizamın nümunəsidir. Bu, illərdir inkişaf edən və nəticə verən bir layihədir".

İtalyanlar Ağdam klubunun avrokuboklardakı çıxışını da xüsusi qeyd edirlər. "CalcioNapoli24"ün materialında vurğulanır: "Azərbaycan klubu bu mövsüm Avropada keçirdiyi on oyundan yalnız ikisində uduzub. Digərləri - qələbələr və heç-heçələrdir. Bu, sabit və özünəinamlı komandadır".

Jurnalistlər "Qarabağ"ın hücum xəttinə xüsusi diqqət ayırırlar. Leandro Andrade ən təhlükəli oyunçu kimi xarakterizə olunur, epizodları fərdi ustalıqla həll edə bilən futbolçu kimi dəyərləndirilir. Andrade-Duran tandemi isə istənilən rəqib üçün əsas təhlükə mənbəyi hesab olunur.

İtaliya mətbuatının ümumi tonu qətidir: Neapoldakı oyun asan keçməyəcək. "Qarabağ" sadəcə təəccübləndirən komanda deyil, bu mövsüm Çempionlar Liqasının gedişatında kiçik bir inqilab yaradan kollektiv kimi dəyərləndirilir.

Xatırladaq ki, "Napoli" - "Qarabağ" oyunu bu gün Neapolda, yerli "Dieqo Armando Maradona" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlanacaq.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:42

Mauro İkardi “İnter”ə qayıtmaq arzusunu bildirir

Cüdo
Bu gün, 15:40

Azərbaycan cüdoçusu dünya çempionunu məğlub etdi

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Futbol
Bu gün, 15:15

Deşam Juventus baş məşqçiliyi üçün namizəd

Futbol
Bu gün, 15:12

Şəfa futbolçusu qara zolaqdən çıxmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:07

Manchester City futbolçusu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Cüdo
Bu gün, 14:57

Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğv olunma səbəbi: dizində infeksiya

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Cüdo
Bu gün, 13:57

Könül Əliyeva: Böyük Dəbilqə turnirinin çempionu olmağın sevinci və Olimpiya Oyunlarına hazırlıq

Basketbol
Bu gün, 13:42

Elşad Şirzadov: “Sabah qardaşım Şirzadla rəqib gözlə baxacağam”

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Oxşar xəbərlər