Çempionlar Liqasının V turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" oyunu üçün biletlər artıq satışdadır.
İdman.Biz xəbər verir ki, biletlərin qiymətləri 25 avrodan 165 avroya (təxminən 49-324 manat) qədərdir.
"Napoli" ilə "Qarabağ" oyunu 26 noyabrda Dieqo Armando Maradona stadionunda keçiriləcək.
Qeyd edək ki, 4 turdan sonra "Qarabağ" 7 xalla 15-ci, "Napoli" isə 4 xalla 24-cü pillədə qərarlaşıb.