"Napoli" niderandlı yarımmüdafiəçi Noa Lanqın transferini açıqlayıb.
İdman.biz xəbər verir ki, 26 yaşlı futbolçu PSV-dən Neapol klubuna keçib.
Lanqla 5 illik müqavilə imzalanıb. Onun illik maaşı 2,5 milyon avro olacaq. Bu transfer "Napoli"yə 25 milyon avroya başa gəlib.
Qeyd edək ki, Noa PSV-də iki mövsüm oynayıb. O, son mövsümdə Niderland çempionatında 29 matçda, 11 qol və 10 ötürmə ilə yadda qalıb.
İdman.biz