"Leççe" və "Napoli" arasında A Seriyasının 9-cu turu başa çatıb. Komandalar "Stadio Ettore Giardinero - Via Del Mare"də (Leççe) oynayıblar.
İdman.Biz xəbər verir ki, oyunun baş hakimi Cüzeppe Kolli olub.
Qonaqlar 1-0 hesablı qələbə qazanıblar.
Oyunun yeganə qolunu 69-cu dəqiqədə "Napoli"nin kamerunlu yarımmüdafiəçisi Frank Angissa vurub.
Bu qələbə "Napoli" komandasına mövsüm üçün ümumi xallarını 21-ə çatdırmağa və liqanın zirvəsində qalmağa imkan verib.
"Leççe"nin doqquz oyundan sonra altı xalı var. Komanda hazırda turnir cədvəlində 16-cı yerdədir.