"Napoli" Kevin De Bruynenin ciddi əzələ zədəsi səbəbilə bir neçə aylıq sıradan çıxdığını təsdiqləyib.
İdman.Biz xəbər verir ki, klubun açıqlamasında, "son tibbi testlər sağ budun biseps femoris əzələsində yüksək dərəcəli zədə olduğunu təsdiqləyib", - deyə qeyd olunub.


Futbolçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırladaq ki, "Napoli" son oyununu evdə "İnter"ə qarşı keçirib və görüş 3:1 hesabı ilə başa çatıb. Kevin De Bruyne isə penalti zərbəsindən fərqlənib. O, 37-ci dəqiqədə zədələnərək əvəzlənib.