Eyndhovenin mərkəzində təhlükəsizlik zonasını pozduqdan sonra növbəti insidentlərin qarşısını almaq üçün 180 "Napoli" azarkeşi həbs edilərək Niderlanddan qovulub.
Bu barədə İdman.Biz "Football Italia"ya istinadən məlumat verir.
Belə ki, bir qrup italyan azarkeş şəhərin mərkəzini tərk etmək tələblərinə məhəl qoymayıb və ictimai toplantılara dair bələdiyyə qaydalarını pozduqlarına görə həbs edilib. Onlar polis bölməsinə aparılıb, orada məlum olub ki, onlardan bəzilərinin həmin axşam keçiriləcək oyun üçün bileti belə yoxdur.
Çempionlar Liqasının 3-cü turunun "PSV Eyndhoven" – "Napoli" matçı bu gün, oktyabrın 21-də "Daniel Siebert" stadionunda keçiriləcək.