Ötən gecə PSV Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində evdə "Napoli"ni 6:2 hesabı ilə məğlub edib. Sport24.az "Opta" analatik portalına istinadən xəbər verir ki, İtaliya klubu tarixində ilk dəfə avrokuboklarda qapısında 6 qol görüb.
Qeyd edək ki, "Napoli" 1997-ci ildən bəri A Seriyasında "Sampdoriya"ya 6:3 hesabı ilə uduzduqdan sonra bütün turnirlərdə ilk dəfə bu acını yaşayır.