"Napoli" 2025-ci ildə İtaliya A Seriyasında ev oyunlarının heç birində məğlub olmayıb. Sport24.az xəbər verir ki, Neapol klubu ötən gün 14-cü tur çərçivəsində evdə "Yuventus"u 2-1 hesabı ilə məğlub edib. Bu, komandanın 2025-ci ildə sonuncu ev oyunu olub.
Antonio Kontenin komandası bu il A seriyasında "doğma divarlar" arasında məğlubiyyətsiz oyunlar keçirib. 1987-ci ildən bəri, 38 il ərzində ilk dəfədir ki, neapollular bir təqvim ilini belə başa vurur.
Qeyd edək ki, 14 oyundan sonra aktivində 31 xal olan "Napoli" turnir cədvəlininin zirvəsində qərarlaşıb.