Fransa çempionatının 9-cu turunda "Nant" səfərdə "Paris"i 2-1 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, ikinci dəqiqədə Əl Ərəbi "Nant"ın ilk qolunu vurub.
Lakin qonaqların üstünlüyü uzun sürməyi. Şergi 15-ci dəqiqədə hesabı bərabərləşdirib.
38-ci dəqiqədə Mattis Ablin "Nant"ın ikinci qolunu vurub - 1:2.
İkinci hissədə komandalar hesabı dəyişə bilməyiblər.
Bu oyundan sonra "Nant"ın aktivində doqquz xalı var və Liqa 1-də 13-cü yerdədir. "Paris" isə 10 xalla 11-ci yerdə qərarlaşıb.