"Karvan-Yevlax"la oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçinin verdiyi tapşırıqları oyunda yerinə yetirə bildik və layiqli qələbə qazandıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Nadir Orucov deyib.
Gənc müdafiəçi komandasının Misli Premyer Liqasının 8-ci turunda "Karvan-Yevlax"a qalib gəldiyi oyunu şərh edib:
"Bütün rəqiblərə ciddi yanaşırıq. Baş məşqçi Saşa İliç dediyi kimi, əlimizə düşən şansları qaçırmaq olmaz. Bu cür şanslardan yararlanıb "Karvan-Yevlax"ı böyükhesabla məğlub etdik. Bu mövsüm hədəfimiz ilk "3-lüy"ə düşməkdir. Bunun üçün nə lazımdırsa, edəcəyik. Yeni sezonda ikinci dəfə idi əsas heyətdə çıxış edirdim. Mənə güvəndikləri üçün məşqçilər heyətinə təşəkkür edirəm. Çalışacam üzərimdə daha çox çalışım və matçlarda daha çox şans qazanım.
Qeyd edək ki, matç "Sumqayıt"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.