top
Nadir Nəbiyev: Qarabağın ön xətdə lider futbolçuya ehtiyacı var Report.az
06 avqust 2025, 16:04
- ↺ +

Nadir Nəbiyev: "Qarabağ"ın ön xətdə lider futbolçuya ehtiyacı var

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) ilə ilk matçda qələbə qazanan "Qarabağ"ın ön xətdə lider futbolçuya ehtiyacı var.

Bunu "Report"a açıqlamasında Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev deyib.

Azərbaycan millisinin sabiq futbolçusu "Qarabağ"ı Şimali Makedoniya komandasından üstün hesab edib:

"Oyun "Qarabağ"ın nəzarətində keçdi. Rəqibin elə də çox qol imkanları olmadı. Bəzi epizodlarda isə Mateuş Koxalski "Qarabağ"ı qoldan xilas etdi. Yeni gələnlər uyğunlaşdıqdan sonra "Qarabağ" daha rahat oynayacaq. Hamımız bilirik ki, "Qarabağ" hər il avrokuboklarda ilk oyunarını nisbətən zəif keçirir, sonradan daha etibarlı çıxış edir. Fikrimcə, daha yaxşı olması üçün hücumçuya, ön xətdə lider futbolçuya ehtiyac var. "Şkendiya" da sıradan komanda deyil. Əvvəlki mərhələdə güclü rəqibə qalib gəlib. İkinci oyun "Qarabağ" üçün daha çətin olacaq. "Şkendiya" həqiqətən hörmət olunmalı rəqibdir. Baxmayaraq ki, ilk matçda cəmi bir neçə qol şansları oldu. "Qarabağ"la bağlı sevindirici hal odur ki, son oyunlarda qol buraxmır. Bu da o anlama gəlir ki, müdafiədə çox boşluq vermirlər".

N.Nəbiyev Ağdam klubunun yeni transferlərinin çıxışını da dəyərləndirib:

"Bəzən gözlədiyimiz olmaya bilər. Ümumilikdə yaxşı, komandanın gücünə güc qata biləcək futbolçulardır. Bu gün istədiyimizi görməməyimiz normaldır, çünki uyğunlaşma prosesi var. Vaxt keçdikcə daha yaxşı olacağını düşünürəm. Hələ ki, gedən futbolçuların yerini tam doldura bilməyiblər. Son oyunlarda Nəriman Axundzadə pis təsir bağışlamır. Yassin Benzianın gedişindən sonra həmin mövqedə Emmanuel Addai oynayırdı. Ona yad mövqedir. Qurban Qurbanov gələcəkdə onu həmin mövqedə oynatsa belə, yəqin ki, başqa oyunçu transfer edəcək. Çünki hazırda gözlənilən effekti vermir. Oyundan-oyuna daha yaxşı ola bilər. Bir də sanki Kadi Borgesin üzərinə çox yük düşüb. Ötən oyunda penaltini yerinə yetirə bilməməsi, son matçda isə bir neçə qol vəziyyətini qaçırmasını nəzərə alsaq, sanki üzərində çox yük olduğu görünür. Fiziki gücü qaydasındadır, bu baxından heç bir problemi yoxdur. Hətta oyun vaxtı bir neçə dəfə müdafiəçilərə kömək üçün arxaya qayıtdı. Sanki Kadidən daha çox şey gözləyirdilər, amma olmadı. Bunu normal qarşılayıram. "Qarabağ" üçün önəmli futbolçudur".

O, məsələnin Bakıda həll olunacağını vurğulayıb:

"İstənilən halda, Qurban Qurbanovun komandasının Bakıda rəqibi keçmək şansı daha böyükdür. Səfərdə 1:0 qalib gəliblər. Oyun baxımından da üstündürlər. Lakin ehtiyatlı olmaq lazımdır. Çünki rəqib kəsərli hücumlara malikdir. Ümid edirəm ki, "Qarabağ" yaxşı oyunla qalib gələcək".

Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 19:04

Vyanada Azərbaycan döyüşçüləri Vendetta Fight Nights turnirində iki qalibiyyət qazandı

Futbol
Bu gün, 18:54

Mezzotero milli komandadan çıxarılıb, Salyanski dəvət edildi

Futbol
Bu gün, 18:48

Lixtenşteynin kapitanı Hasler zədələnib, Azərbaycanlı milli komanda ağır zərbə alır

Şahmat
Bu gün, 18:42

Şəhriyar Məmmədyarov sabah Budapeştdə 'Total Chess' turnirinə başlayır

Futbol
Bu gün, 18:23

Norveç futbol oyununda tribuna çökmüş, azarkeş xəstəxanada

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 17:42

Messi, Zidan və Podolskidəki kimi: Kriştiano Ronaldonun milli komandadan uğursuz xaric olmasından sonra vida mərasimi necə keçiriləcək?

Futbol
Bu gün, 17:35

Monza da Azərbaycan milliyyəti Lorenzo Mezzotero'nu izləyir

Futbol
Bu gün, 17:32

Valensiya klubunun borcu 592,8 milyon avroya yüksəldi.

Olimpiada
Bu gün, 17:25

Beşqat olimpiya çempionu Teddi Rine 2027 prezident seçkilərinə namizəd olmaq qərarını bildirdi

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 16:59

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub

Futbol
Bu gün, 16:56

Beşiktaş, Argentina orta sahili Rodriqo De Paul üçün görüş edir

Olimpiada
Bu gün, 16:44

Rostislav Pevtsov üç Olimpiada xatirələrini paylaşdı

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Oxşar xəbərlər