"Uzun zamandan sonra milli komanda bir araya gəlir. Toplanışda birinci dəfə dəvət olunan futbolçular olacaq".
Bu sözləri Sport24.az- açıqlamasında Azərbaycan millisinin veteran forvardı Nadir Nəbiyev deyib.
Millimizin qarşıdakı Belarus və Haiti ilə yoldaşlıq oyunları ilə bağlı fikirlərini bölüşən Nəbiyev milli komandamızdan qələbə gözlədiyini açıqlayıb:
"Bəzi futbolçular üçün yaxşı imkan düşüb ki, özlərini göstərib, yığmaya daimi dəvət olunsunlar. Belarus və Haiti milliləri yığmamıza uyğun komandalardır. Ümid edirəm dəvət olunan oyunçular hamısı oynamayaq şansı qazanar. Yoxlama görüşündə nəticə önəmli olmasa da, hər-halda millimizdən qələbə gözləyirəm".
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi milli martın 22-də Sumqayıtda Haiti, 25-də isə Masazırda Belarus yığması ilə qarşılaşacaq.
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.