top
Nadir Nəbiyev: Milli komandada rəqabət çatışmazlığı var Idman.biz
17 noyabr 2025, 18:44
- ↺ +

Nadir Nəbiyev: Milli komandada rəqabət çatışmazlığı var

Azərbaycan millisinə dəvət alan futbolçular rəqabət hiss etməlidirlər.

Bunu Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev deyib.

Millinin sabiq hücumçusu komandanın DÇ-2026-nın seçmə mərhələsindəki matçları haqqında fikirlərini bölüşüb:

"Dəyişən yalnız odur ki, əzmkarlıq var. Hər kəs Ayxan Abbasovun rəhbərliyi altında bacardığından artığını ortaya qoymağa çalışır. Amma bu, nəticə üçün kifayət deyil. İlk növbədə çatışmayan cəhət rəqabətin olmamasıdır. Baş məşqçi seçim etməkdə çətinlik çəkir. Nəticədə rəqabət görməyən, klubunda oynamayan futbolçuları heyətə dəvət edir. Belədə milli əziyyət çəkir. Heyətə dəvət olunan oyunçular rəqabəti hiss etməlidirlər", - deyə o, "Report"a açıqlamasında deyib.

O, öncəki, İslandiya ilə matçda da qələbəyə ümid etdiyini bildirib:

"Ukraynadan xal almağımıza görə çox sevindik. Açığı, bunu gözləmirdim. Çünki oyundan bir gün əvvəl Fernandu Santuş istefa verdi və Ayxan Abbasovu müvəqqəti baş məşqçi təyin etdilər. Təbii ki, dərhal nəsə dəyişəcəyini gözləmirdik. Amma futbolçular Ukrayna ilə görüşdə 90 dəqiqə mübarizə apardılar və 1 xal qazandılar. Bundan sonra İslandiya ilə matçda qələbəyə ümid edirdik. Təəssüf ki, istəyimiz reallaşmadı".

Qurum rəsmisi baş məşqçiyə şans verilməyin vacibliyini söyləyib:

"Bu oyunlar göstərdi ki, Ayxan Abbasova UEFA Millətlər Liqasında da şans vermək lazımdır. Dəyişiklik, əzmkarlıq görünür. Komandanın başında yerli mütəxəssis istəyənlərin yanılmadığı göründü. Düşünürəm ki, şans verəcəklər. Futbolçuların da açıqlamalarından görünür ki, müsbət fikirdədirlər".

Qeyd edək ki, ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Azərbaycan - Fransa matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Dünən, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Dünən, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Dünən, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Dünən, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Dünən, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Güləş
Dünən, 20:40

Azərbaycan güləşçisi Ali Tsokayev Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb

Futbol
Dünən, 20:39

Azər Məmmədov: "Kəpəz"in "İmişli"yə qarşı qəhrəmanlığı və futbolçulara etibarım

Futbol
Dünən, 20:34

Cüt futbol: "Union Berlin" və "Köln" Bundesliqada 1:1 hesabla heç-heçəyə imza atdılar

Güləş
Dünən, 20:29

Azərbaycanın güləş milli komandasının baş məşqçisi Xetaq Qazyumov dünya çempionatı uğursuzluğuna görə üzr istədi

Futbol
Dünən, 20:22

"Strasbur" "Oser"i 5:1 hesabı ilə darmadağın etdi

Oxşar xəbərlər