top
Naci Şensoydan Turan Tovuz və Azərbaycan futbolu ilə bağlı MÜSAHİBƏ Idman.biz
20 yanvar 2026, 11:09
- ↺ +

Naci Şensoydan "Turan Tovuz" və Azərbaycan futbolu ilə bağlı MÜSAHİBƏ

"Azərbaycan liqasını yaxından izləyirəm və bir "Turan Tovuz" azarkeşi kimi komandanın hazırkı durumu məni ciddi şəkildə maraqlandırır".

Bunu "Turan Tovuz"un sabiq baş məşqçisi Naci Şensoy futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Hazırda işləriniz necə gedir? Son vaxtlarda Azərbaycan klublarından sizə hər hansı təklif olubmu?

– Bilirsiniz ki, mən hər zaman Azərbaycan klublarının gündəmində olmuşam. Lakin bu dəfə Azərbaycandan konkret təklif almadığım üçün üç ay əvvəl Albaniyanın köklü klublarından biri olan "Laçi"yə gəldim. 2012/13 mövsümündə bu kluba qarşı Albaniya Kubokunun finalında çıxış etmişdik. Həmin vaxt mən "Bylis" komandasının baş məşqçisi idim. Keçən mövsüm "Laçi" Albaniya Super Liqasından aşağı liqaya düşmüşdü. Hazırda məqsədim bu köklü klubu yenidən Super Liqaya qaytarmaqdır. Turnir cədvəlində ikinci pillədəyik. Mövsümün sonunadək bu mövqedə qala bilsək, Super Liqaya birbaşa vəsiqə qazanacağıq. Çünki turnir cədvəlində ilk iki yeri tutan komandalar birbaşa elitaya yüksəlirlər.

– "Turan Tovuz"un Azərbaycan çempionatının ilk yarısındakı çıxışını necə dəyərləndirirsiniz?

– Azərbaycan liqasını yaxından izləyirəm və bir "Turan Tovuz" azarkeşi kimi komandanın hazırkı durumu məni ciddi şəkildə maraqlandırır. Gördüyüm qədərilə, "Turan Tovuz" ötən mövsümdəki çıxışının üzərinə ciddi bir əlavə edə bilmir. Çempionluq mübarizəsini bir kənara qoyaq, avrokuboklara vəsiqə qazanması da hazırda tam təmin olunmuş kimi görünmür. Məsələn, "Sabah" komandası hazırda lider mövqedədir və bu, təsadüfi deyil. Komanda mövsümün əvvəlində qarşıya qoyulan hədəflərə uyğun şəkildə formalaşdırılıb, baş məşqçi və futbolçular qarşısında konkret məqsədlər müəyyənləşdirilib. "Turan Tovuz" hələlik belə bir yüksəliş göstərə bilməyib. Burada əsas amillərdən biri mövsümün əvvəlində klub rəhbərliyinin baş məşqçi qarşısında qoyduğu hədəflərin aydın olub-olmamasıdır. Hesab edirəm ki, klubun səlahiyyətli şəxslərindən biri çıxış edərək "Turan Tovuz" azarkeşlərinə bu mövsüm üçün əsas məqsədin nə olduğunu açıq şəkildə izah etməlidir. Komandanın əsas hədəfi dəqiq müəyyənləşdirildikdən sonra futbolçuların və baş məşqçinin klub qarşısında məsuliyyəti daha aydın görünəcək və indiyədək göstərilən performansı da daha real şəkildə qiymətləndirmək mümkün olacaq.

– Sizcə, "Turan Tovuz" mövsümü neçənci pillədə başa vuracaq?

– Könül istərdi ki, "Turan Tovuz" çempion olsun. Lakin son üç mövsümdür avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan komandanın heç olmasa bu il bunu bacarması çox yaxşı olardı. Çünki bu uğur Tovuz şəhərinə böyük mənəvi dəstək verərdi. Eyni zamanda, klub rəhbərliyi və baş məşqçi də daha çox etimad qazanardı. Ancaq mövcud vəziyyət onu göstərir ki, "Sabah" və "Qarabağ" çempionluq yolunda digər komandalardan bir qədər ayrılıblar. Avrokuboklara vəsiqə uğrunda mübarizədə isə dörd komanda, demək olar ki, at yarışı içindədir. "Zirə", "Turan Tovuz", "Sumqayıt" və "Araz-Naxçıvan" mövsümün sonuna qədər bu yarışda qalacaq kimi görünür. Unutmamalıyıq ki, "Zirə"nin hər il avrokuboklarda iştirak təcrübəsi var və bu amil onları digər namizədlərlə müqayisədə bu mübarizədə bir qədər üstün vəziyyətə gətirir.

– Əgər "Turan Tovuz" mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilməsə, Kurban Berdiyevlə yollar ayrılmalıdırmı?

– Bu suala münasibət bildirməyim yanlış anlaşıla bilər. Ona görə də bu sualı "Turan Tovuz" klubunun rəhbərliyinə ünvanlamaq daha doğru olar. Lakin bir həqiqət var ki, Tovuz azarkeşləri bu mövsüm "Sabah" komandasının liqada nümayiş etdirdiyi yüksəlişi öz komandalarından gözləyirlər.

– "Sabah"dan söz düşmüşkən, sizcə, bu komanda çempion ola biləcək? Yoxsa "Qarabağ" liderliyi ələ keçirərək yenidən mövsümü birinci pillədə bitirəcək?

– Açıq danışım, "Qarabağ"a və onun baş məşqçisinə böyük hörmətim olsa da, bu mövsüm "Sabah"ın çempion olmasını istərdim. Hətta çempion olmasalar belə, azarkeşlərə bu həyəcanı yaşatdıqları üçün onları alqışlayıram. Çünki "Qarabağ"ın demək olar ki, hər il rəqibsiz şəkildə Azərbaycan çempionu olması liqanı bir qədər monotonlaşdırıb. Unutmamalıyıq ki, rəqabətdən keyfiyyət doğur. Təxminən 20 il əvvəl "Neftçi", "Qarabağ", "İnter", "Bakı" və "Turan" arasında çempionluq uğrunda çox maraqlı və baxımlı mübarizə gedirdi. Unutmayaq ki, mən eyni zamanda iqtisadçıyam. Keyfiyyət yalnız güclü rəqabət mühitində formalaşır. Məsələn, bazarda "Pepsi Cola" olmasaydı, "Coca-Cola" şirkəti insanlara sadəcə "şəkərli su" sata bilərdi. Lakin bunu edə bilmir, çünki onun qarşısında güclü bir rəqib var.

– "Qarabağ"ın bu ay Çempionlar Liqasında keçirəcəyi iki oyundan hansı nəticələri gözləyirsiniz?

– "Qarabağ"ın Çempionlar Liqasında göstərdiyi performans bütün futbol ictimaiyyətini müsbət mənada təəccübləndirdi. Xüsusilə, ilk oyunlarda çox yaxşı çıxış etdilər, lakin sonradan müəyyən eniş yaşandı. Bu səviyyədə mübarizə aparmaq asan deyil, çünki davamlılıq tələb edir. Ümid edirəm ki, "Qarabağ" bu ay keçirəcəyi son iki oyunda adına layiq nəticələr əldə edəcək və öz real yeri olan avrokuboklarda mübarizəni davam etdirəcək. Onlara uğurlar arzulayıram və sonda bütün Azərbaycan futbolsevərlərinə Albaniyadan isti salamlar göndərirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 23:08

“Barselona” debüt etməyən futbolçusu ilə müqaviləni uzatmaq istəyir

Futbol
Bu gün, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Digər
Bu gün, 22:43

Bakıda keçiriləcək dünya çempionatında 78 ölkə tarix yazacaq

Digər
Bu gün, 22:39

Fiqu Lamin Yamal barədə: “Onunla oynasaydım, sol cinaha keçməli olardım”

Digər
Bu gün, 22:32

Azərbaycan və Qazaxıstan güləş federasiyaları arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Digər
Bu gün, 22:31

“Şamaxı”da yeni təyinat

Digər
Bu gün, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Digər
Bu gün, 22:20

"Sabah Arena"da "Masazır tribunası"

Digər
Bu gün, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Bu gün, 21:56

“Sabah”da yeni transfer

Digər
Bu gün, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Bu gün, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Bu gün, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Bu gün, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Bu gün, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Oxşar xəbərlər