"Turan Tovuz"un sabiq baş məşqçisi Naci Şensoy özünə yeni iş tapıb. Sport24.az xəbər verir ki, 67 yaşlı mütəxəssis Albaniya təmsilçisi "Laçi" ilə anlaşıb.
Komanda hazırda ikinci liqada 20 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Naci Şensoy 2002/2003, 2004/2005 mövsümündə və 2012-ci ildə "Turan Tovuz"un "sükanı arxasında" olub.