Nabi Keyta "Ferensvaroş"la müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə Macarıstan klubunun rəsmi saytı məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi ötən ilin yanvarında icarə əsasında "Verder"dən "Ferensvaroş"a qoşulub. Qvineyalı futbolçu əvvəllər "RB Leypsiq" və "Liverpul"da oynayıb.
Qeyd edək ki, Keyta bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib və 3 məhsuldar ötürmə edib.
"Ferensvaroş" Macarıstan liqasında ikinci yerdədir və lider "Dyor"dan bir xal geri qalır.