"Qalatasaray"dan ayrılan Fernando Muslera yeni klubla anlaşıb. Sport24.az xəbər verir ki, uruqvaylı qolkiper Argentina təmsilçisi "Estudiantes"in formasını geyinəcək.
Muslera yeni klubu ilə ilyarımlıq sözləşmə imzalayıb.
Qeyd edək ki, 38 yaşlı qolkiper 2011-ci ildən "Qalatasaray"ın şərəfini qoruyurdu. O, "sarı-qırmızılar"la 8 dəfə Super Liqanın, 5 dəfə Türkiyə Kubokunun, 6 dəfə superkubokun qalibi olub.