top
Musa Qurbanov Musa Qurbanlı və Qurban Qurbanov haqqında danışdı Idman.biz
27 noyabr 2025, 22:04
- ↺ +

Musa Qurbanov Musa Qurbanlı və Qurban Qurbanov haqqında danışdı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qardaşı Musa Qurbanov maraqlı açıqlamaları ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, futbolinfo.az-a müsahibəsində o, Qurban Qurbanovun oğlu, həm də adaşı olan futbolçu Musa Qurbanlı barədə də danışıb.

Aralarındakı isti münasibətə görə, Qurbanın oğluna onun adını verdiyini bildirən Musa Qurbanov qardaşı oğlunun karyersı barədə sualı belə cavablandırıb:

"Hələ ki, yolun başlanğıcındadır. Bilirsiniz, bir var fitri istedad, bir də var mənim kimi, Qurban kimi əməksevərliklə bu səviyyəyə ucalmaq. Elə Musada da uşaqlıqdan böyük istedad olmayıb. Amma o qədər futbola həvəsi olub ki. Musa bəlkə də günün yarısını məşqdə keçirib. Elə indi də belədir. Güc və sürət cəhətdən elə uşaqlıqdan onda çatışmazlıqlar olub. Amma oyun zəkası və futbol biliyi yaxşıdır. Mən inanıram ki, onun karyerasının parlaq dövrləri hələ qabaqdadır".

Əvvəllər "Yurqorden"ə transfer edən Musa Qurbanlının İsveç karyerasının niyə alınmamasını da əmisi belə şərh edib:

"Ora bir az fərqli yerdir. Həm mentalitet olaraq, həm də ki, buradakı şərait orada yox idi…"Yurqorden"in bazası yox idi. Kənarda bir məşq yeri var idi, daha gedib orada qalmaq imkanları mövcud deyildi. Musa bunlara öyrəşməmişdi. Buradakı imkanları orada əldə edə bilmədi. Ona görə də çətinlik çəkdi. Həm də ki iqlim şəraiti öz sözünü dedi. Özü çox ünsiyyətcil uşaqdır, amma orada mühit elə deyildi. Klubun bazasının olmaması, istədiyi kimi məşq etməməsi, həmçinin zədələnməsi sözünü dedi. Bir az özünə qapanan uşaq olduğundan təklik ona pis təsir etdi. Bunlar hamısı üst-üstə yığılıb problemə çevrildi".

Qeyd edək ki, Musa Qurbanov da əvvəllər peşəkar futbolçu olub. Hazırda "Qarabağ"ın baş məşqçisi olan qardaşı Qurban Qurbanovun futbola gəlişində böyük rol oynayıb.

"Mən oynamağa başlayanda Qurban gözümün qabağında idi. Perspektivini və futbola olan həvəsini gördükdən sonra onu özümlə apardım. Mən "Göyəzən"də oynayarkən futbol üfüqlərimizin geniş olduğunu görüb Qurbanı da israrla oynamağa gətirdim. Amma onun da "qabında bir şey var idi". Fiziki gücü və topla rəftarına görə yaşıdlarından seçilirdi" – deyə Musa Qurbanov qardaşının böyük futbola gəlişində oynadığı rolu anladıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Dünən, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Dünən, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Oxşar xəbərlər