top
Musa Qurbanlı: Yalnız döyüşmək və əzmkarlıqla nəsə alınmır, ustalığımızı da artırmalıyıq müsahibəsi Idman.biz
17 oktyabr 2025, 14:15
- ↺ +

Musa Qurbanlı: "Yalnız döyüşmək və əzmkarlıqla nəsə alınmır, ustalığımızı da artırmalıyıq" müsahibəsi

"Fernandu Santuşun gedişindən sonra biz hələ 3 oyun oynamışıq. Birdən-birə qlobal dəyişikliyin olması çətindir".

Bunu Azərbaycan milli komandasının və "Qarabağ"ın hücumçusu Musa Qurbanlı sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Ukrayna ilə matçda mübarizə apardınız, amma sonda məğlubiyyət qeydə alındı. Həmin görüş sizin üçün necə yadda qaldı?

- Bəli, yaxşı mübarizə apardıq. İstəyərdik ki, qələbə, ən azından xal qazanaq. Oyundan qabaq da bunun üçün hazırlaşmışdıq. Ayxan Abbasovun da komanda ilə bu yöndə söhbəti olmuşdu. İnanmışdıq, çalışmışdıq. Vuruşduq da. Oyunun gedişatı da onu göstərirdi ki, bacara bilərik. Lakin belə alındı. Buna görə təəssüflənirik. Xal qazanmaq istəyərdik. Ən azından inanırıq, vuruşuruq. Məncə, bunun özü də müsbətdir. Öz əzmkarlığımıza inanmağa başlamışıq və bu da hardasa faydamıza olacaq, get-gedə daha da inkişaf edərik.

- Fernandu Santuşun gedişindən sonra çox şey dəyişdiyi deyilir. Bəs, dəyişməyən nədir ki, hələ də qələbə qazanmağınıza mane olur…

- Fernandu Santuşun gedişindən sonra biz hələ 3 oyun oynamışıq. Birdən-birə qlobal dəyişikliyin olması çətindir. Ümumiyyətlə, qlobal dəyişikliyin olması çətindir. Nə qədər əzmkar olsan, vuruşsan da, öz oyununu tam oturtmaq üçün müəyyən vaxt lazımdır. Ustalığımızı da artırmalıyıq. Yalnız döyüşmək və əzmkarlıqla nəsə alınmır, ustalığımızı da artırmalıyıq. Son oyunlardakı bəzi hissələr var idi, rəqibdən üstün olduq, göründü ki, komanda şəklində hücum potensialımız da var. Sadəcə bunun üzərində işləməliyik. Ayxan Abbasov da necə işləmək lazım olduğunu bilir. Biz də ustalığımızı da artırsaq, yəqin ki, qələbələr qazana bilərik.

- Ukrayna millisi ilə oyundan əvvəl keçirilmiş mətbuat konfransında həm Elvin Cəfərquliyev, həm də Ayxan Abbasov qrupdan çıxmaq iddiası haqda danışdı. Həqiqətən buna inanırdınız?

- Əlbəttə. Buna görə də sırf onu vurğuladım. Ən azından öz döyüşkənliyimizə, əzmkarlığımıza inanmağa başlamışıq. Nələrsə bacara biləcəyimizə inanırıq. Oyunumuz da bundan tutmağa imkan verir. Bizə lazım olan bu idi. Çünki inanmadan oyuna çıxmağın heç bir faydası yoxdur. Ukrayna ilə matçda qalib gəlsəydik, Fransadan başqa, hamının 4 xalı olacaqdı. Hardasa şansımız olacaqdı. Ayxan Abbasov hətta bu şans üçün döyüşməyə dəydiyinə inandırırdı. Biz də inanırdıq. Bundan sonra da inanmağa davam edəcəyik. Ən azından yaxşı nəticələr üçün çıxacağıq.

- Ayxan Abbasov, futbol ictimaiyyəti, hamı bildirir ki, futbolçularımız xaricə yollanmalıdır, legioner həyatı yaşamalıdır. Səncə, bir ildən sonra 4 yox, millidə legioner həyatı yaşayan 8 futbolçumuz olacaq?

- Ümumiyyətlə, oynamaq hər bir futbolçu üçün çox vacibdir. Hər birimiz istəyirik ki, daha çox oynayaq. Çünki nə qədər məşq etsən də, oynamayasan, o effekti almırsan. Ona görə də, hər birimiz ayrı-ayrılıqda ilk növbədə oynamağımız, ikinci növbədə yaxşı səviyyədə oynamağımız bizim üçün çox vacibdir. Biz də istəyirik, buna can atırıq. Hazırda "Qarabağ"ın hansı səviyyədə oynadığını görürsüz. Hansısa futbolçu az oynayır, hansısa futbolçu çox oynayır. Bizim üçün bu dəqiqə əsas olan komandadır, "Qarabağ"ın xeyrini fikirləşməliyik. Millidə oynayan azərbaycanlıların hər biri öz uşaqlarımızdır, nə qədər çox oynasaq, milliyə nə qədər çox fayda verə bilsək, o qədər yaxşıdır. Bizim də niyyətimiz odur ki, daha çox oynayaq, daha yuxarı səviyyəli klublarda, liqalarda çıxış edək. Bu da millimizə xeyir verməyimizə kömək olsun.

- Milli komanda son iki oyunda uduzsa da, sanki sizə olan inam artıb. Növbəti iki görüş İslandiya və Fransaya qarşıdır. Səncə, bu görüşlərdə xal qazanmaq mümkündür?

- Əlbəttə. Özümüz də, inanırıq və bunun üçün vuruşacağıq. Nələrisə müsbətə doğru dəyişmişik. Amma indi deyək ki, biz çıxıb qalib gələcəyik... Biz həqiqətən inanırıq. Sadəcə özümüzü itirməməliyik. Eyni qaydada, üzərinə də bir qədər qoyaraq, işimizə davam etməliyik. Belə olacağı təqdirdə, qələbə qazana bilərik.

- "Qarabağ" Avropada bu mövsüm çoxlarını təəcccübləndirib. Çempionlar Liqasında 3-cü turda "Atletik"lə qarşılaşacaqsınız. Bilbao səfərində uğurlu nəticə ola bilər?

- İki oyun bundan əvvəl, qrup matçları başlamamışdan qabaq soruşsaydınız, bəlkə də heç birimiz inanmazdıq ki, iki turdan sonra altı xalımız olacaq. Ona inanmağa başlamışıq ki, futbolda hər şey mümkündür. Oyunumuza da bələdik. Gördük ki, bu səviyyədə də öz oyunumuzu göstərə bilirik. Hansı oyun olursa-olsun, qələbə üçün oynayacağıq. Düzdür, rəqiblərimiz yüksək səviyyəlidir, rəqiblərə layiq olduğu dəyəri veririk. Amma özümüzə də, layiq olduğumuz dəyəri verməliyik. "Atletik"lə oyuna hələ var, hazırlaşacağıq. Məşqçilər korpusu analiz edəcək, məlumatlar verəcək. "Atletik" haqda detallı məlumatım yoxdur. Ümumən, necə böyük komanda olduqlarını bilirəm. Bu matçda da baş məşqçi və məşqçilər heyəti lazım olan təlimatları verəcək. Hər şey mümkündür, əlimizdən gələni edəcəyik.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Oxşar xəbərlər