top
Musa Qurbanlı: Mən məsələyə bu tərəfdən baxmıram Sport24.az
15 noyabr 2024, 11:21
- ↺ +

Musa Qurbanlı: "Mən məsələyə bu tərəfdən baxmıram"

Əzimkar mübarizə aparacağıq ki, layiqli qələbə qazanaq. Bunun fərqindəyik". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı deyib. 22 yaşlı hücumçu Millətlər Liqası çərçivəsində Estoniya ilə oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, hədəf inamlı çıxışdır.

 

- Hazırkı formanı necə dəyərləndirirsən?

- Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Hələ təzə-təzə oynamağa başlamışam. Çalışıram ki, optimal formamı bərpa edim. Ondan sonra hər şey öz yerini tapacaq.

 

- Yeni baş məşqçi Fernandu Santuşun oyun fəlsəfəsi haqqında fikirlərin necədir?

- Hər məşqçinin öz oyun fəlsəfəsi var. Fernandu Santuş böyük məşqçidir. Nailiyyətləri göz qabağındadır. Bu mənim onunla ilk təlim-məşq toplanışımdır. Biz oyunçular ilk onun fəlsəfəsinə öyrəşməliyik, buna alışmalıyıq. Onun dediklərini meydanda həyata keçirməliyik. Bu sinxron olduğu halda bundan sonra nəticələr daha yaxşılaşacaq.

 

- İsveçdə "Yurqorden" komandasında legioner həyatı yaşadın. Bu dönəmi necə qiymətləndirirsən?

- Çətin oldu. Mental olaraq asan deyildi. Mən də bunun fərqində idim. Bir gənc azərbaycanlı kimi Avropaya yollanmışdım. Özümün də özümdən gözləntilərim böyük idi. Ona görə də bir qədər çətin alındı. Amma çalışıram ki, müsbət tərəfə aparım. Futbolçunun həyatında çətinlik olmasa nailiyyət olmaz. Bundan nəticə çıxarmağa çalışacam. Fikirləşirəm ki, bu məni həvəsdən salmamalıdır. Hələ gəncəm. 22 yaşım var. Karyeramın əvvəlindəyəm. Nə qədər "Yurqorden"də alınmasa da, düşünürəm ki, bu mənim üçün yaxşı təcrübə idi. Çalışacam ki, bundan dərs çıxarım ki, gələcəkdə daha yaxşı olsun.

 

- Estoniyanın heyətində bir sıra legioner futbolçular var. Rəqibi necə təhlil etmisiz?

- Estoniyanın heyətində oynayan oyunçuları sırf bir-bir tanımıram. Harda oynadıqlarını bilmirəm. Bəlkə onlar da ölkə xaricində çıxış edirlər. Açığı, bu mənim üçün o qədər də maraqlı deyil. Bəzən olur ki, hətta çox güclü komandalar zəiflərə məğlub olurlar. Mən məsələyə bu tərəfdən baxmıram. Fikirləşirəm ki, öz oyunumuza köklənsək, bunu yaxşılaşdırmağa çalışsaq, nəticə olacaq.

 

- Zədədən təzə qayıtdığını qeyd etdin. Bundan sonra belə qısa müddətdə milliyə dəvət olunacağını düşünürdün?

- Hər futbolçu millidə oynamağa can atır. Zədədən qayıtmışam, hələ matçlara çıxmamışam. Amma indi belə alındı. Hamımız milliyə maksimumu vermək üçün hazırıq.

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Oxşar xəbərlər