top
Musa Qurbanlı: Qələbələr motivasiya verir, amma eyforiyaya qapılmamalıyıq Idman.biz
05 oktyabr 2025, 13:41
- ↺ +

Musa Qurbanlı: "Qələbələr motivasiya verir, amma eyforiyaya qapılmamalıyıq"

"Düşünürəm, yaxşı oyun keçdi. Rəqib çox yaxşı mübarizə apardı. Biz də istədiyimiz kimi oynaya bilmədik. Çempionlar Liqası, ardından Premyer Liqa oyunu olanda yorğunluq hiss olunur".

Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Qarabağ"ın futbolçusu Musa Qurbanlı deyib.

23 yaşlı hücumçu "Kəpəz" üzərində 1:0 hesablı qələbə qazandıqları matçı belə şərh edib: "Gərgin mübarizə şəraitində keçən oyunun şahidi oldunuz. Amma komandamızda yetərincə futbolçu var, yəni hər iki cəbhədə mübarizə apara bilərik. Əlimizdən gələni edirik ki, daha yaxşı nəticələr qazanaq. 3 xal əldə etdiyimiz üçün sevincliyik".

Qurbanlı Çempionlar Liqasında 2 oyuna 6 xal toplayan komandasının "24-lüy"ə düşməməsi ehtimalından da söz açıb: "Bu barədə düşünmək düzgün olmaz. Mərhələyə başlayarkən belə bir fikir yox idi, amma qələbə qazandıq. İndi növbəti oyuna köklənməliyik. Əgər orada da 3 xal qazana bilsək, bu, bizim üçün böyük uğur olar. Yoxsa, iki qələbə qazanmışıq deyə, dərhal qrupdan çıxmağı gözləmək doğru deyil. Məsələyə real yanaşmalıyıq. Öz gücümüzün fərqindəyik, özümüzə güvənirik və növbəti mərhələyə köklənəcəyik ki, qarşıdakı oyunda da xallar uğrunda mübarizə apara bilək".

Musa Çempionlar Liqasının III turunda üz-üzə gələcəkləri "Atletik" barədə də fikirlərini bölüşüb: "Onlar da çox güclü komandadır. Çempionlar Liqası elə bir turnirdir ki, burada hər rəqib səviyyəlidir və heç kim əvvəlcədən proqnoz verə bilməz. Ümumiyyətlə, çalışırıq ki, heç bir oyuna əvvəlcədən proqnoz verməyək. Belə rəqiblərə qarşı nəsə demək çətindir. Özümüzə güvənirik, bilirik ki, maksimum gücümüzü ortaya qoyacağıq. Əvvəlki oyunlarda qazandığımız qələbələr bizə motivasiya verir, amma eyni zamanda eyforiyaya qapılmamalıyıq. Meydana çıxıb xal və xallar üçün mübarizə aparacağıq".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər