top
Musa Qurbanlı: Məqsədimiz mövsümü iki kubok qazanmaqla bitirməkdir - MÜSAHİBƏ Idman.biz
12 may 2025, 11:24
- ↺ +

Musa Qurbanlı: "Məqsədimiz mövsümü iki kubok qazanmaqla bitirməkdir" - MÜSAHİBƏ

"Qarabağ"ın hücumçusu Musa Qurbanlının Futbolxeber.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının 34-cü turunda "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- Qalib gəlməyi çox istəyirdik. "Araz-Naxçıvan" çətin rəqibdir. Onlara qarşı oyunlarımız həmişə çətin keçir. Bu səbəbdən də qələbə qazandığımız üçün sevincliyik. Hər qələbə bizi daha da ruhlandırır.

- Hesab arasındakı fərq iki deyil, daha böyük ola bilərdi. Lakin xüsusən birinci hissədə xeyli qol şansını boşa verdiniz. Bunu nə ilə əlaqələndirmək olar?

- Futbolda belə hallar olur. Beş qol imkanı varsa, bunlardan ikisini vurmalısan. Beş qol epizodunun beşində də qol vursan, hər oyunda 5:0 hesablı qələbə qazanarsan. Ona görə də çoxlu qol şansı yaratmaq lazımdır ki, qələbə qazanasan. Çox epizod yaratmışıqsa, bu özü də yaxşı əlamətdir. Epizodları yaradıb fərqlənə bilməmişiksə, deməli, dəqiqliyi bir qədər də artırmaq lazımdır.

- İkinci hissə topa nəzarət "Araz-Naxçıvan"ın tərəfində idi. Bir qədər geri çəkilməyiniz yorğunluqdan irəli gəlirdi, yoxsa bu, hesabın verdiyi rahatlıq idi?

- Yorğunluq ola bilər. Eləcə də hesabın 2:0 olması da təsirini göstərirdi. İkinci qoldan sonra motivasiya bir qədər aşağı düşdü. Bununla belə, çalışdıq ki, sona qədər oyun nizam-intizamını qoruyaq.

- Növbəti oyunda "Kəpəz"lə qarşılacaqsınız. Həmin matçda da qələbə əzmini qorumaq mümkün olacaq?

- Çempionluğu təmin etsək də, hər oyuna qələbə üçün çıxırıq. İnşallah yenə də yaxşı oyun göstərib qələbə qazanmağa çalışacağıq.

- Kubokun finalından gözləntiləriniz nədir?

- Ciddi hazırlaşırıq. Hədəfimiz mövsümü iki kubokla başa vurmaqdır. Bütün gücümüzü meydanda qoyacağıq ki, istəyimizə çataq.

- Fikriniz kubokun finalında qalmayıb? Çempionat oyunlarına köklənmək çətin olmur?

- Xeyr, əksinə, bu matçlara bir növ finala hazırlıq kimi baxırıq. Çempionatdakı oyunları yaxşı keçirməsək, fiziki formamız aşağı düşər. Matçlara ciddi yanaşırıq ki, finala hazır olaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:19

“Kristal Palas”da baş məşqçi dəyişikliyi gözlənilir

Digər
Bu gün, 14:00

“Sabah” rəsmisi “Arsenal” və “Bornmut” nümayəndələri ilə eyni siyahıda!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Oxşar xəbərlər