top
Musa Qurbanlı: Araz-Naxçıvan üzərində qələbə, Ramil Şeydayevin qayıdışı və Benfika sevinci Idman.biz
22 sentyabr 2025, 13:20
- ↺ +

Musa Qurbanlı: "Araz-Naxçıvan" üzərində qələbə, Ramil Şeydayevin qayıdışı və "Benfika" sevinci

"Erkən qol vurmağımız və üstəlik, rəqibin qırmızı vərəqə alaraq azlıqda qalması işimizi hardasa bir qədər asanlaşdırdı".

İdman.biz xəbər verir ki, bunu Sportnet.az-a müsahibəsində "Qarabağ"ın futbolçusu Musa Qurbanlı səfərdə "Araz-Naxçıvan"a 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra deyib.

Qollardan birini vuran 23 yaşlı hücumçu digər sualları da cavablandırıb:

– Oyundan əvvəl böyükhesablı qələbə qazanacağınızı gözləyirdinizmi?

– Açığı, oyundan əvvəl hesabı düşünmürük. Yalnız qələbəyə köklənirik. Ona görə də bu nəticə bizim üçün çox yaxşı oldu.

– Ramil Şeydayevin komandaya qayıdışı barədə nə deyə bilərsən?

– Ramil daha əvvəl də komandamızın üzvü olub və onunla birlikdə yaxşı uğurlar qazanmışıq. Şəxsi münasibətlərimiz də çox yaxşıdır, hamımız onu çox istəyirik. Düşünürəm ki, bu keçid onun üçün də uğurlu olacaq. Həm komandamıza fayda verəcək, həm də şəxsi karyerası baxımından formasını bərpa edə biləcək. Bizə öz oyunu ilə kömək edəcəyinə inanırıq.

– "Benfika" ilə oyundan sonra bu qarşılaşmanın ab-havası baxımından disbalans hiss olundumu?

– Əlbəttə, istər-istəməz fərq böyükdür. Atmosfer, meydanın keyfiyyəti, azarkeşlər, oyunun sürəti baxımından fərq çoxdur. Amma bu, bizim işimizdir. Həm Çempionlar Liqasında, həm də yerli çempionatda çıxış edirik. Hər ikisi bizim üçün çox vacibdir. Ona görə çalışırıq ki, hər iki turnirdə var gücümüzlə oynayaq və qələbə qazanaq.

– "Benfika" üzərində qələbənin dünya futbolunda böyük əks-səda doğurduğunu gördükdə hansı hissləri keçirirsiniz?
– Əlbəttə, bu, bizim üçün çox böyük fəxrdir. Çünki öz ölkəmizi dünya futbolunun bir nömrəli arenasında təmsil edirik. Əlbəttə, insanlar bunu gözləmirdilər. Çünki "Benfika"nın necə böyük klub olduğunu bilirsiniz. Bu qələbə ölkəmizi müsbət tərəfdən tanıtdı. Göstərdik ki, Azərbaycanda da futbol var, futbolçular var və biz oynaya bilirik. Əlbəttə, bizim üçün çox xoşdur, fəxr hissi keçiririk,

– Türkiyədə futbol şərhçiləri və keçmiş futbolçular "Qarabağ"ı öz klublarına örnək göstərirlər. Bu barədə nə düşünürsünüz?

– Kimlərəsə örnək ola biliriksə, bizim üçün xoşdur. Bu, bizim işimizə peşəkar yanaşmamızın nəticəsidir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər