top
Murad Xaçayev: Sadəcə bəxtimiz gətirmir, bu futbolla bağlı deyil Idman.biz
15 sentyabr 2025, 16:48
- ↺ +

Murad Xaçayev: "Sadəcə bəxtimiz gətirmir, bu futbolla bağlı deyil"

"Neftçi"nin müdafiəçisi Murad Xaçayevin Futbolxeber.az saytına müsahibəsi

- "Sabah"la oyunda üstün tərəf olsanız da, heç cür fərqlənmək mümkün olmadı. Nə çatışmadı?

- Həqiqətən də 90 dəqiqə meydanda dominant tərəf biz idik. Hücum edirdik, qol epizodları yaradırdıq. Təəssüf ki, heç cür qol vura bilmədik.

- Komanda 4 turda 1 qol vurub, o da penaltidən. Bəlkə problem elə hücum xəttindədir?

- Deməzdim. Çünki qolu təkcə hücumçular vurmur. Yarımmüdafiəçilər, cinah müdafiəçiləri də təhlükəli epizodlar yaradırlar. Sadəcə bəxtimiz gətirmir. Bəzən elə anları qaçırırıq ki... 100 faizli şanslar qaçır. Adam deməyə söz tapmır. Bu nədirsə, futbolla bağlı deyil.

- Bu oyunda bəxtiniz gətirmədi, amma ümumilikdə qələbəsiz oyunlar seriyası 4-ə çatdı. Problem nədir, niyə "Neftçi" qalib gələ bilmir?

- Nəsə fikirləşmək, günahı kiminsə, nəyinsə üzərinə atmaq olmur. Dediyim kimi, bütün matçlarda rəqiblərdən üstün oynayırıq. Dayanmdan hücumlar edirik, qol epizodları yaradırıq. Sadəcə fərqlənə bilmirik Ən böyük problem budur.

- Düşünmürsünüz ki, ardıcıl xal itkiləri komandanı hədəfindən uzaqlaşdırır? Bu gedişlə avrokuboklar yenə əlçatmaz ola bilər...

- Cəmi 4 tur gedib. Futbolçularla öz aramızda danışırıq. Qələbəni dadmalıyıq. 2-3 qol vurandan sonra komanda özünə gələcək. Qələbələr sıralandıqca isə, məqsədimizə çatacağıq.

- Uğursuz gedişatla bağlı azarkeşlərə nəsə demək istəyirsiniz?

- Dəstəklərinə görə onlara təşəkkür edirəm. Hər oyun bizim yanımızdadırlar. Görürlər ki, biz 100 faiz gücümüzü meydanda qoyuruq. Sadəcə bəxt bizdən üz çevirib. İnanıram ki, qarşıdakı görüşlərdə onları sevindirəcəyik.

- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Sabiq klubunuza qarşı oyun sizi həyəcanlandırır?

- Bəli, sabiq klubuma qarşı oynayacam. Amma bu, adi bir matçdır. Növbəti tur, növbəti oyun, başqa heç nə. Meydana çıxsam, "Neftçi"nin qələbəsi üçün əlimdən gələni edəcəm.

- Sizcə, sumqayıtlı azarkeşlər sizi necə qarşılayacaqlar?

- Bu haqda onlardan soruşsanız, daha yaxşı olar. Mən "Sumqayıt"da çıxış edərkən komandanın uğuru üçün 100 faiz gücümü vermişəm. Lakin ümumilikdə necə yanaşacaqlarını bilmirəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər