top
Murad Musayev: Hər liqanın öz çətinliyi və ağırlığı var Sport24.az
05 aprel 2025, 13:00
- ↺ +

Murad Musayev: "Hər liqanın öz çətinliyi və ağırlığı var"

Cari mövsümdə I Liqada çıxış edən, dünən isə elitaya dönüşünü rəsmiləşdirən "Qəbələ"nin futbolçusu Murad Musayevin Sport24.az-a müsahibəsi

- Komandanız Premyer Liqaya qayıtdı. Təəssüratların necədir?
- Elitaya dönmək "Qəbələ" üçün xoşdur. Çünki hamınız bilirik ki, hər zaman yüksək yerlər uğrunda mübarizə aparmışıq. 1 illik fasilədən sonra yenidən qayıtdıq. Buna görə şadıq. Bu mövsüm fikrimiz, xəyalımız yenidən Premyer Liqaya vəsiqəni təmin etmək idi.


- Çoxları düşünür ki, "Qəbələ"nin işi elə də çətin olmadı. Sənin fikrin necədir?
- Əslində I Liqanın da öz çətinliyi var. Bunun rahatlıqla əldə olunduğunu deyə bilmərəm. Biz hər oyunda motivasiyamızı qorumağı bacardıq. Çətinliklərimiz oldu. Burada tək futbol amili yox, meydan amili də xüsusi rol oynayırdı. Hamı bilir ki, buradakı meydanlar yaxşı vəziyyətdə deyil. Demək istədiyim odur ki, hər liqanın öz çətinliyi və ağırlığı var.


- Növbəti mövsüm ən azı avrokuboklara iddialı "Qəbələ" görə bilərik?
- Məncə, bu vaxtdan sonra rəhbərlik daha sağlam və möhkəm kollektiv formalaşdırmağı düşünəcək. Çünki hər işdə bir xeyir var deyiblər. I Liqaya düşmək bəlkə də klub olaraq inkişaf etməyə, böyüməyə daha böyük təkan olacaq. Hər zamankı kimi möhkəm, istəkli kollektiv formalaşdırıb, növbəti mövsümlərdə daha iddialı ola bilərik.


- "Qəbələ" l Liqaya düşəndə komandanı tərk etmədin. Yəqin ki, sənə də hansısa təkliflər olmuşdu?
- Həqiqətən bir neçə təklif var idi. "Qəbələ" də sözləşməni yeniləmək istəyirdi. I Liqada çıxış etdikdən sonra Premyer Liqaya birlikdə qayıdacağımızı dedilər. Gözləmədiyim halda zədələndim. Çox ağır zədə idi. Elə olan halda qalmağım daha məsləhətli idi. Mən də burada qalmağı və kluba kömək etməyi düşünürdüm. Təkliflərinə də "yox" deməmişdim. Amma başqa təkliflərim də olmuşdu. Sadəcə, düşünmək istəyirdim. Elə oldu ki, zədə aldım və 6-7 ay futboldan uzaq qaldım. Həmin vaxt "Qəbələ" mənə sahib çıxdı. Mən də qalmağa üstünlük verdim.


- Daha neçə il "Qəbələ"də oynamaq istəyirsən?
- 2026-cı ilin yayınadək müqaviləm var. Hər bir halda qərarı rəhbərlik və baş məşqçi verir. Qalmağımı istəsələr, oynayacağam. Əksi olsa, yollarımızı ayıracağıq. Bu futboldur. Hər şey gözləmək olar. Müqaviləm var, amma nə qərar verilsə, ona uyğun hərəkət edəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Oxşar xəbərlər