top
Murad Musayev Avtoqol epizodunda əlimdən heç nə gəlmirdi - Qəbələnin kapitanı ilk oyunu dəyərləndirdi Idman.biz
17 avqust 2025, 12:26
- ↺ +

Murad Musayev "Avtoqol epizodunda əlimdən heç nə gəlmirdi" - "Qəbələ"nin kapitanı ilk oyunu dəyərləndirdi

Bir illik fasilədən sonra yenidən Premyer Liqada yaşıl meydna qayıdan Murad Musayev ilk oyundakı çıxışını dəyərləndirib.

İdman.biz xəbər verir ki, təcrübəli futbolçu Futbolinfo.az-a açıqlamasında komandanın oyununu, "Karvan–Yevlax"la qarşılaşmanı və avtoqol epizodunu şərh edib.

"Qəbələ"nin kapitanı komandanın ilk oyununu dəyərləndirib: "Uzun fasilədən sonra meydana çıxmaq xüsusi bir hiss idi. Açığı, bu qədər müddət oynamadıqdan sonra nələrin olacağını özüm də çox maraqla gözləyirdim. Amma məncə, pis alınmadı. Ümumiyyətlə, komandanın çıxışı yaxşı idi. Maraqlı, dinamik və baxımlı futbol sərgilədik. Həm mübarizə baxımından, həm də oyuna yanaşma cəhətdən razı qaldım. Təbii ki, çatışmazlıqlar var, amma ilk oyun üçün qənaətbəxş idi. "Karvan–Yevlax"la görüşdə kifayət qədər qol imkanlarımız oldu. Təəssüf ki, şanslarımızı dəyərləndirə bilmədik. Əgər imkanlardan yararlansaydıq, hesab 4:0 da ola bilərdi. Oyunun ağır keçməsi də gözlənilən idi, çünki rəqib çox istəkli və motivasiyalı idi. Ədalətli danışmaq lazımdırsa, bu oyunda həm 1 xal qazandıq, həm də 2 xal itirdik. Qələbə qazana biləcək gücümüz var idi, sadəcə, son nöqtəni qoymaq alınmadı".

31 yaşlı müdafiəçi açılış matçında müəllifi olduğu avtoqol barədə də fikirlərini bölüşüb: "Avtoqol futbolda hər zaman ola biləcək bir haldır. Elə epizod idi ki, əlimdən heç nə gəlmirdi. Top gözləmədiyim anda üzərimə gəldi və mənə dəydi. Sözsüz ki, çox üzüldüm, çünki komanda üçün önəmli an idi. Amma futbolçunun işi odur ki, səhvlərindən nəticə çıxarsın və daha güclü geri dönsün. Mən də çalışacağam ki, gələcək oyunlarda daha diqqətli olum. Bizim əsas məqsədimiz hər oyunda maksimumunu vermək, mübarizə aparmaq, mövqeyimizi qorumaq və bizi dəstəkləyən azarkeşləri sevindirməkdir. Bunun üçün isə çox işləməli, əziyyət çəkməliyik. İnanıram ki, Allahın köməyi ilə hər şey yaxşı olacaq".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Oxşar xəbərlər