top
Murad Məmmədov: Mahmudov və Hacıyevin oyunlarına baxa-baxa böyümüşəm - MÜSAHİBƏ İdman.biz
05 dekabr 2024, 09:54
- ↺ +

Murad Məmmədov: "Mahmudov və Hacıyevin oyunlarına baxa-baxa böyümüşəm" - MÜSAHİBƏ

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Neftçi" - "Difai" matçından (6:0) sonra "ağ-qaralar"ın futbolçusu Murad Məmmədov apasport.az saytına müsahibə verib.

- Böyükhesablı qələbə qazandız. Oyun barədə fikirlərin...

- Matç bizim üçün yaxşı keçdi. İstədiyimiz nəticəni əldə etdik. Tapşırıqları meydanda reallaşdırmağa çalışdıq. Bu görüş barədə çox danışmaq lazım deyil. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Növbəti oyuna hazırlaşmalıyıq.

- Rəqib qapısından 6 cavabsız top keçirdiz. Demək olar ki, "Qarabağ"a məğlubiyyətin hirsini çıxdız?

- Bu gün meydana bunun üçün çıxmamışdıq. Komandada elə bir hiss yox idi. Sadə futbol nümayiş etdirdik. Rəqibə yuxarıdan-aşağı baxmırıq. Sadəcə öz işimizi gördük.

- Kubokda şanslarınızı necə dəyərləndirirsən?

- Məncə, şanslarımız böyükdür. Geriyə bundan faydalanmaq qalır. Finala qədər irəliləməyi hədəfləyirik. Kuboku qazanıb azarkeşlərimizi sevindirmək niyyətindəyik.

- "Neftçi"nin çempion olması artıq möcüzəyə bərabərdir. Bütün gücü kuboka yönəldəcəksiz?

- Premyer Liqada da uğurlu mübarizə aparmaq niyyətindəyik. Çalışırıq ki, mövqeyimizi yaxşılaşdıraq. Heç vaxt təslim olmuruq. Hər iki turnirdə bacardığımız qədər irəliləmək istəyirik.

- Həftəsonu "Sumqayıt"la çempionat oyununuz var. Rəqibi necə qiymətləndirirsən?

- "Sumqayıt" yaxşı klubdur. Maraqlı görüş alınacaq. Həmin oyuna bütün gücümüzlə hazırlaşacağıq. Məqsəd yalnız 3 xaldır. Rəqibi məğlub etdiyimiz halda, artıq xallar bərabərləşəcək. Meydanda sona qədər vuruşacağıq.

- Qısa bir zamanda azarkeşlərin sevimlisinə çevrildin. Onlara nə demək istərdin?

- Azarkeşlərə minnətdarlığımı bildirirəm. Onların dəstəyi olmadan bu yerlərə gələ bilməzdim. Fanatlarımız həm pis, həm yaxşı günümüzdə yanımızda olurlar. 10 ildir ki, "Neftçi"nin şərəfini qoruyuram. Bu, mənim üçün çox böyük motivasiyadır. Çalışacam ki, bütün gözləntiləri doğruldum.

- Bütün karyeranı "Neftçi"də keçirmisən. Yetirməsi olduğun klubun əsas heyətində oynamaq necə hissdir?

- Mənim xəyalım "Neftçi"də oynamaq olub. Uşaq yaşlarımdan bu klubu sevirəm. Emin Mahmudov və Rəhman Hacıyevin oyunlarına baxa-baxa böyümüşəm. Hər bir gəncin xəyalıdır ki, yetirməsi olduğu klubun əsas komandasında şans qazansın. Buralara gəlmək mənim üçün böyük fəxrdir. Arzularımı reallaşdırmağa davam edəcəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

Qallas William Salibanın Real Madriddə keçə biləcəyini açıqladı

Futbol
Bu gün, 06:13

Albiol: Mourinyonun məşqçilik yanaşması dəyişib, artıq əvvəlki kimi deyil

Futbol
Bu gün, 05:14

Bellinqem 16 yaşlı istedadlı Cey Cey Gabrielı Real Madridə gətirir

Futbol
Bu gün, 04:10

Lester klubunun titul sponsorunun pornoaktrisa ilə əməkdaşlığına azarkeşlər etiraz edir

Futbol
Bu gün, 03:12

Portuqaliya prezidentindən Cristiano Ronaldoya veda mesajı: 'Xalqımız sənin yanındadır'

Futbol
Bu gün, 02:39

PSJ qış transfer pəncərəsində Galatasarayın rus futbolçusu Aleksey Batrakovu cəlb edə bilər

Futbol
Bu gün, 01:43

Ramos Ronaldunun Portuqaliya milli komandadan istefa etdiyi xəbərə təəccübləndi, Silva təşəkkür etdi

Futbol
Bu gün, 01:24

Ruben Amorim Milanın Avropa Liqa məğlubiyyətindən sonra oyunçularını sərt tənqid etdi

Futbol
Bu gün, 01:05

Divock Origi Harvard Biznes Məktəbində təhsil alır

Futbol
Bu gün, 00:45

Murad Musayev “Sabah”ın baş məşqçisi vəzifəsinə qayıda bilər

Futbol
Bu gün, 00:29

“Qəbələ” 2026/2027 mövsümünün yeni üçüncü forması təqdim edildi

Digər
Bu gün, 00:19

Bakıda yanğınsöndürmə və xilasetmə dünya çempionatının qalibləri müəyyənləşdi

Futbol
Bu gün, 00:04

Pol Skoulz "Mançester Yunayted" üçün Gabriel Maqalyans, Deklan Ray, Maykl Olise, Kilian Mbappe və Cud Bellinqemı transfer etməyi məsləhət görüb

Gimnastika
Bu gün, 00:00

Azərbaycan gimnastları Nankindəki Dünya çempionatında növbəti mərhələyə vəsiqə qazandılar

Futbol
Dünən, 23:54

Baş məşqçi Jorje Jezus Ronaldodun milli komanda da qalmasını xahiş etdi

Futbol
Dünən, 23:43

Zidan, Fransa millisində iki yeni futbolçu çağırmağa hazırdır

Futbol
Dünən, 23:29

Real Madriddə Vinisius Juniorun forma problemi davam edir

Cüdo
Dünən, 23:24

Abşeron Olimpiya İdman Kompleksində 302 cüdoçu gücünü sınağa çəkdi

Futbol
Dünən, 23:01

Devid Moyes: Cek Qriliş Koventri ilə matca hazır deyil

Futbol
Dünən, 22:55

Traktor, Fənərbaxçadan ayrılan baş məşqçi İsmail Kartal ilə danışıqlara başladı

Futbol
Dünən, 22:47

Moldova futbolçusu Vadim Kriçmar 38 yaşında ölmüş

Futbol
Dünən, 22:47

Bavariya, 18 yaşlı Oskar Pietüşevskini transfer hədəflərinə daxil etdi

Futbol
Dünən, 22:32

Mançester Yunayted rəhbərliyi Karrikin istefası məsələsində qərar aldı

Digər
Dünən, 22:25

Gədəbəydə Zəfər Gününə həsr olunan veloyürüş təşkil edildi

Oxşar xəbərlər