"Vankuver Uaytkeps"in hücumçusu Tomas Müller "İnter Mayami"nin hücumçusu Lionel Messi və "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu arasında seçim edib.
İdman.Biz xəbər verir ki, Müller üstünlüyü Messiyə verib.
"Köhnə məşhur sual. Onların hər ikisi yüksək səviyyədə çıxışlara davam edir və güclü statistikalar göstərirlər.
Mənim üçün Messi daha təsirli oyunçudur, çünki onun oyun tərzi daha sehrlidir, daha çox istedadı var. Ronaldu əla iş etikasına malikdir, yəqin ki, bu məsələdə Messidən daha yaxşıdır. Lakin, Messinin meydanda etdikləri o qədər də inanılmaz deyil, çünki onun nəyə qadir olduğunu bilirəm, amma bu, çox təsirlidir", - ESPN Müllerin X sosial media hesabında dediyi sözləri sitat gətirib.