"Bavariya" futbolçusu Tomas Müller ilə müqaviləni uzatmayacaq. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
35 yaşlı hücumçu ilə müqavilə danışıqlarında ortaq məxrəcə gəlinməyib.
Müllerin müqaviləsi yaya kimidir. O, bu mövsüm 31 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.